Lot-1.Mövcud informasiya sistemlərinin dayanıqlı işinin və təhlükəsiz istismarının təmin edilməsi ilə bağlı server, şəbəkə avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması.
Tenderdə server və şəbəkə avadanlığının və onların ehtiyat hissələrinin gətirilməsi və quraşdırılması sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (ƏMDK-nin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, otaq 404, tel.: (+99412) 565 41 85.
İştirak haqqı: 350 (üç yüz əlli) manat
email:[email protected] Yaqubov və ya otaq 403, tel.: (+99412) 565 41 95 əlavə 20-22, e-mail: [email protected] - Elvin Məsimov) ünvandan ala bilərlər.
VÖEN: 1302005391 H/h: AZ 20 AIIB 33010019443701802107
Bank rekvizitləri:
Bankın adı: "Kapital Bank"ın 1saylı Xətai filialı
M/h: AZ 37 NABZ 01350100000000001944
Kod: 200071
VÖEN: 9900003611
S.W.İ.F.T AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
-digər sənədlər.
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə əsli və surəti təqdim etməlidirlər.
Hər nüsxədə texniki və qiymət (maliyyə) təklifləri yerləşdirilir. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 60 təqvim günü müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçının maliyyə göstəricilərinə dair tələblər;
- görülən işlərə dair tələblər;
- avadanlıqlar üzrə texniki tələblər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 31 avqust 2016-cı il saat 17.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 8 sentyabr 2016-cı il saat 15.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq 403) nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 sentyabr 2016-cı il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq 309) nömrəli ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.