QAX RAYON İCRA HAKİMİYYƏTİ AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot -1. Qax şəhərinin Səməd Vurğun və İsmayıl Dağıstanlı küçələrində yolun təmiri işlərinin satınalınması.

Lot-2. Qax şəhərində yerləşən "Bayraq" meydanına giriş yolunun təmiri işlərinin satınalınması.

Tender  iştirakçılarına  təklif  edilir  ki,  öz  tender  təkliflərini  möhürlənmiş, imzalanmış  şəkildə  ikiqat  zərflərdə  yazılı  surətdə  təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 150 manat  məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax  şəhəri,  Azərbaycan  prospekti, 32 nömrəli (əlaqələndirici şəxs: Yunus  Əfəndiyev, telefon :024- 255- 33- 92) ünvandan ala bilərlər .

H/h:AZ 20 İİ 32051019447100201171     

VÖEN: 4300015071    

Bank: "Kapital Bank"ın Qax filialı

Kod: 200714

VÖEN: 9900003611    

M/H: AZ 37 NABZ 01350100000000001944          

S.W.İ.F.T: Aİİ BAZ 2X              

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 % - i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)  30 avqust 2016- cı il saat 17.00- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 sentyabr  2016- cı il saat 17.00- a qədər Qax  şəhəri,  Azərbaycan  prospekti, 32 nömrəli  ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların  təklifləri  7 sentyabr 2016- cı il saat 10.00-da Qax Rayon İcra Hakimiyyəti, Qax şəhəri,  Azərbaycan  prospekti, 32 nömrəli  ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında