Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası inzibati binanın və anbarların təmiri işlərinin satınalınması məqsədilə

A Ç I Q T E N D E R E L A N E D İ R

 

Tender 3 (üç) lot üzrə keçirilir:

Lot- 1. İnzibati binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrində əsaslı  təmir-tikinti  işlərinin aparılmasının satınalınması.

Lot- 2. Baytarlıq biopreparatlarının saxlanması üçün soyuducu kameralarının quraşdırılmasının satınalınması.

Lot- 3. Anbarlarda baytarlıq biopreparatlarının, müalicəvi dərman maddələrinin və ləvazimatların saxlanması üçün rəflərin quraşdırılmasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şəhəri, Böyükşor stansiyası, 8-ci Köndələn küçəsi, əlaqələndirici şəxs: Günay Vahidzadə, telefon: (+99412) 514-88-42) ala bilərlər.

İştirak haqqı:

Lot - 1.  800 (səkkiz yüz) manat.

Lot - 2. 700 (yeddi yüz) manat.

Lot - 3.  250 (iki yüz əlli) manat.

Tel./Faks: 012 514 88 42

Təşkilat: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası

Hesab: AZ 82 İBAZ 38070019441609722202

VÖEN: 1500285191

Bank: “Azərbaycan Beynəlxalq Bankı”  Binəqədi filialı

Kod: 805584

VÖEN: 9900001881

Müxbir hesab: AZ 03 NABZ 01350100000000002944

S.W.İ.F.T. İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

* tenderdə iştirak etmək üçün yazılı müraciət;

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

* tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

* tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

* iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

* iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

* iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 10 avqust 2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17 avqust 2016-cı il saat 17.00-a qədər Bakı şəhəri, Böyükşor stansiyası,8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18 avqust 2016-cı il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında