A Ç I Q T E N D E R E L A N E D İ R
Lot - 14.Qazax şəhəri 1 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin satınalınması.
Açıq tenderin keçirilməsində əsas məqsəd nəzərdə tutulmuş mürəkkəb tipli işlərin beynəlxalq standartlara tam cavab verən tələblərlə aparılması məqsədilə yuxarıda qeyd olunan tender predmeti üzrə yüksək texniki və maliyyə potensialına malik olan peşəkar və səriştəli podratçı təşkilatları tikinti işlərinə cəlb etməkdir.
Açıq tenderin keçirilməsində Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununun alqı-satqı şərtləri əsas tutulacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün göstəricilərinin tələb olunan meyarları tam əhatə etdiyini təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- son 5 il ərzində fəaliyyəti və son 2 ildə ən azı 2-3 işi müvəffəqiyyətlə icra etdiyi yüksək kateqoriyalı, analoji və oxşar obyektlər haqqında məlumat (obyektlərin siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə);
- tikinti işlərinin yerinə yetirilməsi üçün idarəetmə səriştəsi və lazımi texniki, maliyyə və professional imkanlara malik olması barədə məlumat;
- işlərin görülməsi üçün sərbəst vəsaitlərinin olması haqqında arayış (işlərin aparılması üçün iddiaçının ən azı ehtimal qiyməti həcmində sərbəst vəsaiti olmalıdır);
- iddiaçının son 2 ildəki maliyyə dövriyyəsinin obyektlərin tikintisi üzrə ayrılmış vəsaitlərdən 3 dəfə çox olması (hər il üzrə) barədə təsdiqedici (bank və vergi orqanı tərəfindən təsdiqedici çıxarış) sənədlər;
- iddiaçının mötəbər bankdan (Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Kapital Bankı və AVB Bankı) ən azı 1,0 milyon manat məbləğində kredit almaq imkanına malik olması barədə təsdiqedici sənəd;
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərinin olub-olmaması barədə vergi orqanlarından rəsmi arayış;
- iddiaçının son 3 ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;
- iddiaçının kredit borclarının olmaması haqqında bank arayışları;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);
- iddiaçının lazımi qədər avadanlıqları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssislərin olması barədə məlumat.
AYBA tərəfindən keçirilmiş tenderlərdə iddiaçıların son 3 ildə icra və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaqdır.
İddiaçılar yuxarıda göstərilən obyektlərin vəziyyəti və iş həcmləri ilə yerlərdə tanış olmalı və nəzərə almalıdılar ki, iş prosesində ortaya çıxan əlavə iş həcmləri sifarişçi tərəfindən ödənilməyəcəkdir.
Tender haqqında ətraflı məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260, III mərtəbə.
Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer - tel.: 012 5617281;
Elmir Abdullayev - planlaşdırma üzrə menecer - tel.: 012 5617025;
Faks: 012 5617098.
Tenderdə iştirak etmək məqsədilə iddiaçılar yazılı sorğu və sənədlər toplusu üçün geri qaytarılmayan hər lota ayrılıqda 1,0 min manat məbləği bərpa agentliyinin aşağıdakı hesabına köçürməlidirlər:
Azərbaycan Respublikası Beynəlxalq Bankı
Müştəri Xidməti Departamenti
VÖEN: 1400294891
Hesab: AZ 32 İBAZ 38030029449330720120
Kod: 805250
VÖEN: 9900001881
Müxbir/ hesab: AZ 03 NABZ 01350100000000002944
S.W.İ.F.T. BİK: İBAZAZ 2X
İddiaçılar tender təklifinin 2 faizi məbləğində mötəbər bankdan (Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Kapital Bankı və AVB Bankı) alınmış bank zəmanətini tender komissiyasına təqdim etməlidirlər. Azərbaycan Respublikası "Dövlət satınalmaları haqqında " Qanunun 28-ci maddəsinə əsasən iddiaçılar öz texniki-ixtisas sənədlərini (maliyyə təklifi sənədləri istisna olmaqla) tender prosedurunun başlanmasına 7 bank günü qalmış, yəni 5 avqust 2016-cı il tarixdə möhürlənmiş zərflərdə 2 nüsxə olmaqla (əsli və surəti) tender komissiyasına təqdim etməlidirlər.
Tenderin maliyyə təklifləri (ayrılıqda əsli və surəti) möhürlənmiş zərflərdə 15 avqust 2016-cı il yerli vaxtla saat 14.00-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Maliyyə təkliflərinin açılışı proseduru 16 avqust 2016-cı il saat 14.30-da Bərpa Agentliyində keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.