Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi təminatındakı təşkilatların

2016-cı il ərzində mebel-inventar, məişət və digər texniki avadanlıqlara: 1-ci lot ''mebel və yumşaq inventarlar'', 2-ci lot ''jalüz pərdələri'', 3-cü lot ''mətbəx avadanlıqları'', 4-cü lot ''seyf və dəmir dolablar'', 5-ci lot ''generator və tənzimləyicilər'' və 6-cı lot ''müxtəlif məişət texnikalarına'' olan tələbatını ödəmək üçün açıq tender elan edir

Tender 6 lot üzrə cari il avqustun 26-sı saat 15.00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161-də) keçiriləcəkdir.

İddiaçılar bütün lotlarda iştiraka görə 6951,97 manat, 1-ci lot üçün 4333,46 manat,  2-ci lot üçün 226,56 manat, 3-cü lot üçün 148,29 manat, 4-cü lot üçün 319,40 manat, 5-ci lot üçün 838,33 manat və 6-cı lot üçün isə  1085,93 manat  iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:

Bank rekvizitləri;

Dövlət xəzinədarlıq agentliyi

Kod: 210005

 VÖEN:1401555071

M/h:AZ 41 NABZ 01360100000000003944

 SWİFT BİK CTREAZ22

 DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hesab: AZ 32 CTRE 00000000000002077770

 VÖEN: 1500281641

 BTK 142340 fond 7 tender

İştirak haqqı geri qaytarılmır:

Tenderdə iştirak etmək üçün Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank  sənədi;

-tender təklifi (30 bank günü qüvvədədir);

-tender təklifinin ümumi dəyərinin  2 faizi həcmində tender təklifinin bank təminatı:

-təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

-malgöndərənin  tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin  son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

-vergi orqanlarından müvafiq arayış.

Malgöndərən öz tender təklifini ''Dövlət satınalmaları haqqında'' qanunda müəyyənləşdirilmiş qaydada  hazırlayaraq bank təminatı ilə birlikdə  tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il avqustun 25-də saat 17.00-dək tender keçirənə təqdim etməlidir.

 Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

 Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni cari il avqustun 16-da saat 17.00-dək təqdim olunmalıdır.

İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş  tender təklifi bank təminatı ilə ikiqat zərfə qoyulur. Hər iki zərfin  bağlı tərəfini iddiaçı  imzalayıb   möhürləyir və tender komissiyasına təqdim edir.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə malgöndərənlərə  bu  meyarlar  nəzərə alınmaqla  üstünlük veriləcəkdir:

 -satınalma müqaviləsinin icrasını tə'min etmək üçün müvafiq  sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə  imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma  müqaviləsinin  vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak  etməkdə maraqlı olanlara bildirilir ki, mebel-inventar, məişət və digər texniki avadanlıqlar sentyabr-noyabr ayları ərzində DİN-in  Mərkəzi Bazasına çatdırmalıdırlar. 

Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən  hesaba köçürdükdən sonra  Azərbaycan dilində  tərtib olunmuş əsas  şərtlər  toplusunu tender  komissiyasından ala bilərlər.

Tender proseduru ''Dövlət satınalmaları haqqında'' Azərbaycan Respublikasının Qanununa uyğun  keçiriləcəkdir.

Əlaqələndirici şəxslər -  Zahid Sarıyev, Məhərrəm İbrahimov, telefonlar:  590-20-18, 590-20-68.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında