Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu başladı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2016/2017-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu elan edir. Qəbul Dünya iqtisadiyyatı; maliyyə və kredit; mühasibat uçotu, təhlil və audit; ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir.Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə isə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (EQG) əsasında qəbul edilirlər.

Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat (test üsulu ilə), Azərbaycan və rus dili (imla), coğrafiya (test üsulu ilə) fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Sənədlər aşağıdakı tarixlərdə qəbul edilir:

Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:

•    Vahid dövlət imtahanı (EQG) nəticələrinə əsasən, 20 iyun - 26 iyul tarixlərdə;

•    Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyun - 20 iyul tarixlərdə.

Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:

•    Vahid dövlət imtahanı (EQG) nəticələrinə əsasən, 20 iyun - 15 avqust tarixlərdə;

•    Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən,  20 iyun - 13 avqust tarixlərdə.

Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu vahid dövlət imtahanı (EQG) və filial tərəfindən  təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun - 20 sentyabr tarixlərdə aparılacaq.

Müsabiqədə iştirak etmək üçün Dərbənd filialında yerləşən müvafiq komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

-qəbul üçün xüsusi ərizə;

-şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

-təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

-foto (3x4  sm ölçüdə 5 ədəd)

-qeydləri rus dilində aparılmış tibbi arayış (forma 036-U)

Qəbul komissiyası həftənin 5 günü saat 9.00-dan 18.00-dək, şənbə günü isə 9.00-dan 16.00-dək fəaliyyət göstərir. Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından, (87240)4-52-86/87; 8(960) 412-33-79 telefon nömrələrindən və [email protected] email ünvanından əldə etmək mümkündür.

Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küçəsi), ev 10B (auditoriya 101)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında