Daxili Qoşunların Baş İdarəsi 2016-cı ildə ildırımötürən qurğulara texniki xidmət tədbirlərinin həyata keçirilməsinin, qurğuların yerinin dəyişdirilməsinin, qu rğuların, silahlara əmlak və avadanlıqların satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində xidmətlərin və malların keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 14 iyul 2016-cı il tarixədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:
İştirak haqqı: 300 manatdır
B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ 41 NABZ 01360100000000003944
SWİFT BİK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h: AZ 44 CTRE 00000000000002458570
VÖEN: 1500426471
D3. Büdcə təsnifatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti);
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti;
- son iki ildə nəqliyyat vasitələrinə ehtiyat hissələrinin təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
Tender iştirakçılarından tələb olunan sənədlər 21 iyul 2016-cı il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 28 iyul 2016-cı il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır.
Tender zərflərinin açılışı proseduru 29 iyul 2016-cı il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 nömrəli ünvanda) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər (etibarnamə təqdim etməklə).
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.
Telefon: 569-95-10.
Əlaqələndirici: E.Əliyev.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.