Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satınalınması məqsədilə

TENDER ELANI

1. Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materiallarının satın alınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir. 

-Termoyapışqanlı kağız lent (ağ);

-Termoyapışqanlı kağız lent (rəngli haşiyəli);

-Termoyapışan selofan lent;

- Qablaşdırıcı avadanlq üçün CRYOVAC tipli termoyığışan selofan lent və sairə.

2. Tender proseduru 26 iyul 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- pul nişanlarının avtomatlaşdırılmış sistemlərdə emalı, çeşidlənməsi və qablaşdırılması üçün zəruri olan malların təchizatı sahəsində iş təcrübəsinin olmasını və bu sahədə öhdəliklərin lazımi qaydada icrasını təsdiq edən sənəd;

-  Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 6 sentyabr 2016-cı il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1%-i (bir faizi)  məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada).

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını  25 iyul 2016-cı il saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 14 iyul 2016-cı il saat 18.00-a qədər bağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab: AZ 25 NABZ 01701190000000001944

Kod: 501004

M/h: AZ 74 NABZ 01451700000000001944

VÖEN: 9900071001

6. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Federal Reserve Bank of New York, FRNYUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

ABA 021088221; Account number: № 0170690001944.

7. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 (altmış) təqvim günü ərzində.

8. Qiymətləndirmə meyarları: qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Nəbi Nəbiyev, telefon: 493 11 22 (495), faks: 498 38 18, elektron poçt ünvanı: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında