Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2016-cı ildə müxtəlif markalı avtomobillər üçün spesifik mühərrik, transmissiya yağlarının və yanacaq aşqarlarının satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot 1. “Mercedes-Vito”, “Mercedes-Sprinter” və digər markalı  avtomaşınlar üçün spesifik mühərrik, transmissiya yağlarının və yanacaq aşqarlarının satınalınması. İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət, yüksək keyfiyyət (“Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli sürtkü yağları), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların qrafikə uyğun təhvili.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının hesablaşma hesabına  lot üçün 100 manat məbləğində iştirak haqqını ödədikdən sonra 15 iyul 2016-cı il tarixədək Bakı, N.Quliyev küçəsi, 5 nömrəli  ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər.

DXA

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T.   CTREAZ22

BBSİ Təcili Yardım Avtobazası

Hesab:AZ 10 CTRE 00000000000002128218

VÖEN:  1500247381

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər: tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə sənəd;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);

- Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusda təsdiq edilmiş surəti).

Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 15 iyul 2016-cı il tarixdən gec olmayaraq Təcili Yardım Avtobazasının tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 26 iyul 2016-cı il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.

Təklif zərfləri 27 iyul 2016-cı il saat 14.00-da Təcili Yardım Avtobazasında açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Telefon: 541-54-80

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında