Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC aşağıdakı lotlar üzrə işlərin satınalınması üçün təkliflər sorğusu keçirir

Lot -1. Sumqayıt Kimya Sənaye Parkının 94.13 hektar ərazisində mövcud olan köhnə 3 mərtəbəli inzibati binanın əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması.

Lot -2. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin hasarlanması və nəzarət- buraxılış məntəqələrinin tikintisi işlərinin layihə-smeta sənədlərinin hazırlanması.

Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak etmək istəyənlər lot üçün iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs - Abbas Mamedov (telefon: 012-488-80-65) İştirak haqqı:

Lot- 1. 120 manat ,

Lot- 2. 80 manatdır.

H/h: AZ 32 PAHA 00000000000010078051

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ 82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra30 bank günü);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti:

- tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan  təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 iyun 2016-cı il saat 18.00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 23 iyun 2016-cı il, saat 16.00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisində, iclas zalında açılacaqdır.

Zərflərin açılışı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında