1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
Lot-1. Mərkəzi Bankda Menecment İnformasiya Sisteminin (MİS) yaradılması.
Lot-2. Mərkəzi Bankda bir pəncərə prinsipinə əsaslanan e-CBAR platformasının yaradılması.
Lot-3. Mərkəzi Bankın beynəlxalq ISO27001 standartları üzrə sertifikatlaşdırılması.
Tender proseduru 29 iyul 2016-cı il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Azərbaycan dilində -iki nüsxədə (əsli və surəti) tender təklifi (tender təklifi 9 sentyabr 2016-cı il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;
- son 3 (üç) il ərzində yerinə yetirilən ən azı 2 (iki) oxşar layihə barədə məlumat (sifarişçilərin adları, ünvanları və telefon nömrələri göstərilməklə);
- təklif olunan informasiya sistemləri və xidmətlər üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənəd;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumat və sənədlər.
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 28 iyul 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 iyul 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 1 və 2-ci lotlar üçün 200 (iki yüz) manat, 3-cü lot üzrə isə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Hesab: AZ 25 NABZ 01701190000000001944
M/h: AZ 74 NABZ 01451700000000001944
Kod: 501004
VÖEN: 9900071001.
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
6.Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7.Malların təchizatı və işlərin görülməsi müddəti:
-1-ci və 2-ci lotlar üçün: texniki platforma tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) iş günü ərzində çatdırılmalı, avtomatlaşdırılmış informasiya sistemləri isə satınalma müqaviləsinin imzalandığı gündən ən geci 18 (on səkkiz) ay ərzində təhvil verilməlidir.
-3-cü lot üçün: Mərkəzi Bankın beynəlxalq ISO27001:2013 standartları üzrə sertifikatlaşdırılması xidmətləri satınalma müqaviləsinin imzalandığı gündən ən geci 18 (on səkkiz) ay ərzində təhvil verilməlidir.
8.Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov ( informasiya texnologiyaları departamentinin əməkdaşı).
Telefon: 493-11-22 (499),
faks: 493-83-41,
elektron poçt ünvanı: elman_muradov @cbar.az.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.