Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Elektron lisenziya” portalının yaradılması məqsədilə “Dövlət satınalmaları haqqında”

Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

- maliyyə durumu qənaətbəxş olmalı (son ildə azı 2 milyon manat dövriyyə);

- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

- vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

- qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, təklifin tətbiqi üçün qısa müddət,analoji layihələr üzrə təcrübə (ən azı 2 il), o cümlədən digər dövlət qurumlarında tətbiqi, texniki imkanlar, kadr potensialı.

Tenderdə iştirak etmək istəyənlər 1000 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi.

Əlaqələndirici şəxs: Musayev Azad Əlibaba oğlu, tel: 493-88-67 dax/n: (22-82)  Bank rekvizitləri:Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN:1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944 

SWİFT :CTREAZ22

Alan: İqtisadiyyat Nazirliyi

VÖEN:1700012751

Hesab: AZ 82 CTRE 00000000000002098501

Təyinatı: Tenderdə iştirak haqqı

İqtisadiyyat Nazirliyi   XHK 2098501   

Büdcə səviyyəsinin kodu: 7

İqtisadi təsnifat: 142340

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84. Hökumət Evi, telefon: 493-88-67        

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı);

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.

İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 iyul 2016-cı il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 28 iyul 2016-cı il saat 17.00-a qədər İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 40, Hökumət Evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 29 iyul 2016-cı il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender təklifinin güvvədə olma müddəti–tender prosedurunun başlandığı gündən etibarən ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı - tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 2 (iki) faizini təşkil etməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında