1. Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq açıq tender keçirir.
Tender proseduru 27 iyul 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 1 noyabr 2016-cı il tarixdən ən azı 12 (on iki) ay ərzində mövcud olması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari sığorta bürosunun iştirakçısı sığortaçılarının reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
İddiaçının kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyi kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-5 nömrəli qərarına uyğun olaraq sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.
3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş razılığın surəti;
- təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir);
- əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 7 sentyabr 2016-cı il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- audit rəyi ilə birlikdə 2015-ci il üzrə maliyyə hesabatı və 2016-cı ilin rüblük maliyyə hesabatlarının surətləri;
- 2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunan sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapital haqqında hesabat (6 saylı forma);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 26 iyul 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 iyul 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ 25 NABZ 01701190000000001944
Müxbir hesab: AZ 74 NABZ 01451700000000001944
S.W.İ.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.
6. Xidmətin göstərilməsinə 1 noyabr 2016-cı il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2017-ci il tarixdən başlanılır.
7. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.
8. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi.
9. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Əlaqələndirici şəxslər: Ceyhun Səməndov (inzibati departamentin əməkdaşı). Telefon: 493-11-22 (599).
Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı). Telefon: 493-11-22 (428).
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.