Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi təminatındakı təşkilatların 2016-cı il ərzində ərzaq məhsullarına olan tələbatını ödəmək üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir:

Lot-1. 1-ci növ buğda unundan çörək məhsullarının satınalınması.

Lot-2. Ət və ət məhsullarının satınalınması.

Lot-3. Süd və süd məhsullarının satınalınması.

Lot-4. Yağ məhsullarının satınalınması.

Lot-5. Kənd təsərrüfatı məhsullarının satınalınması.

Lot-6. Balıq və balıq məhsullarının satınalınması.

Lot-7. Müxtəlif yarmalar və digər ərzaq məhsullarının

satınalınması.

Tender 7 lot üzrə cari il iyunun 27-si saat 15.00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161-də) keçiriləcək.

İddiaçılar bütün lotlarda iştiraka görə 673,23 manat, 1-ci lot üçün 5,01 manat,  2-ci lot üçün 46,39 manat, 3-cü lot üçün 63,64 manat, 4-cü lot üçün 38,32 manat, 5-ci lot üçün 168,87 manat, 6-cı lot üçün 4,04 manat və 7-ci lot üçün isə 346,96 manat  iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod:210005

VÖEN:1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T. Bik: CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hesab: AZ 32 CTRE 00000000000002077770

VÖEN: 1500281641

Büdcə təsnifatının kodu 142340BSK7

 İştirak haqqı geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün maddi-texniki təminat baş idarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank  sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin  2 faizi həcmində tender təklifinin bank təminatı, təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin  tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin  son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- vergi orqanlarından müvafiq arayış.

İddaçılar müvafiq ərzaq məhsulları üzrə mənşə sertifikatı, baytarlıq şəhadətnaməsi və keyfiyyət vərəqəsi təqdim etməlidirlər.

Malgöndərən öz tender təklifini “Dövlət satınalmaları haqqında’’ Qanunda müəyyənləşdirilmiş qaydada  hazırlayaraq bank təminatı ilə birlikdə  tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il iyun ayının 24-də saat 17.00-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

 Digər  sənədlər satınalan təşkilata  tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni  cari il iyun ayının16-sı saat 17-dək təqdim olunmalıdır.

İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş  tender təklifi bank təminatı ilə ikiqat zərfə qoyulur. Hər iki zərfin  bağlı tərəfini iddiaçı  imzalayıb   möhürləyir və tender komissiyasına təqdim edir.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə  bu  meyarlar  nəzərə alınmaqla  malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq  sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə  imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması ;

- satınalma  müqaviləsinin  vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak  etməkdə maraqlı olanlara bildirilir ki, 1-ci növ buğda unundan bişirilmiş çörək və süd  məhsulları maddi- texniki təminat baş idarəsinin təminatındakı təşkilatlara  hər gün, digər ərzaq məhsulları isə həftədə bir dəfə DİN-in  Mərkəzi Bazasına çatdırılmalıdır. 

Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən  hesaba köçürdükdən sonra  Azərbaycan  dilində  tərtib olunmuş əsas  şərtlər  toplusunu tender  komissiyasından ala bilərlər.

Tender  proseduru “Dövlət  satınalmaları haqqında’’ Azərbaycan Respublikasının  Qanununa  uyğun  keçiriləcəkdir.

Əlaqələndirici şəxs  -  Zahid Sarıyev 590-20-18, Məhərrəm İbrahimov 590-20-68.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında