Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Marağı olan iddiaçıların (podratçılar və ya firmaların) nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının cənub - şərq hissəsində, Kür çayından nasos stansiyası vasitəsilə suyu götürməklə magistral və paylayıcı kanallarla 5000 ha sahənin suvarılması və kollektor-drenaj şəbəkəsinin tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 291 s saylı sərəncamına uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” (Sabirabad rayonu üzrə, I mərhələ) obyekti üzrə açıq tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənmiş və imzalanmış bağlamada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, analoji obyektlərin  tikintisində böyük təcrübəsi və bu sahə üzrə təcrübəli mütəxəssislərin  olması;

- podratçının maliyyə imkanları;

- işin yerinə yetirmə müddəti;

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və  maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan: Bakı şəhəri,  Moskva prospekti 69a, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

Telefon: 431-08-64;

faks:  430-79-57

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunun tam dəstini yuxarıda qeyd olunan ünvandan ala bilərlər.

İştirak haqqı: 1500 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN: 1300300711

H/h: AZ 10 İBAZ 3807 0019449716100216

Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı

M/h: AZ 03 NABZ01350100000000002944

VÖEN: 9900001881

SWİFT : İBAZAZ2X (AZIPS-in üzvü)

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini, tender komissiyasının sədri cənab Məmməd Sadıq Quliyevin adına yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son beş ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;

- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra  30 bank günüdür;

- tender təklifinin təminatı ümumi təklifin 2 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar tələb olunan sənədləri (tenderin təklifi və təklifin təminatı istisna olmaqla) bir nüsxədə hazırlayıb 30 iyun 2016-cı il saat 17.00-a qədər təqdim etməlidirlər.

İddiaçılar tender təklifini isə tenderin əsas şərtlər toplusunun tələbinə uyğun olaraq  hazırlayıb  2 nüsxədə (əsli və surəti)  imzalanmış, möhürlənmiş, ikiqat zərfdə  11 iyul 2016-cı il saat 12.00-dək  yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri  12 iyul 2016-cı il saat 15.00-da Bakı şəhəri, Hökumət evi, V mərtəbədə,  514 nömrəli otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında