“Azəristiliktəchizat” ASC potensial iddiaçıları istilik təchizatı obyektlərində, yaşayış binaları və sosial obyektlərdə istilik sistemlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması ilə əlaqədar nəzərdə tutulmuş aşağıdakı işlərin yerinə yetiri

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir:

Lot - 1. Qazanxanaların modernləşdirilməsi və istilik sistemlərinin bərpasının satınalınması.

Lot - 2. Qazanxanaların qazlaşdırılmasının satınalınması.

Lot - 3. Qazıntı işlərindən sonra asfalt örtüyünün bərpasının satınalınması.

Lot - 4. Nəzarət - ölçü cihazları, elektrik avadanlıqları, kimyəvi təmizləmə, qazanxana və istilik şəbəkələrinin istismarı və təmiri üçün zəruri olan ehtiyat hissə, material və avadanlıqların satınalınması.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tender Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər lot -1,  lot -2 və lot-4 üçün hər birinə 250 manat, lot -3 üçün isə 100 manat  məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilən ünvanda tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

H/h: AZ 62 AİİB 33010019442200226122

VÖEN: 1700531291

“Kapital Bank” ASC-nin Qaradağ filialı

Kod: 200220

VÖEN: 9900003611

M/h: AZ 37 NABZ 01350100000000001944

SWİFT: AİİBAZ2X

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər:

-analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat;

- Dövlət Sosial Müdafiə Fonduna və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsinin, texniki imkanlarının və işçi qüvvəsinin olmasını təsdiq edən hüquqi sənədlər.

Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

Tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Bank təminatı zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 13 iyun 2016-cı il saat 16.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 iyun 2016-cı il saat 16.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı 24 iyun 2016-cı il saat 16.00-da “Azəristiliktəchizat” ASC-də (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: Rafiq Əliyev, telefon: 579-52-98

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında