“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aşağıdakı lotlar üzrə açıq tender keçirilir:
- 1-ci lot üzrə tenderin predmeti: Mərkəzi Banka məxsus, habelə istifadəsində olan inzibati binalarda, istismar olunan elektrik avadanlıqlarına və qurğularına 1 (bir) il müddətində dövri texniki qulluğun göstərilməsi, UPS fanlarının təchizatı və quraşdırlması, həmçinin həmin binalarda istismar olunan UPS avadanlıqlarının təmiri.
- 2-ci lot üzrə tenderin predmeti: Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında, həmçinin Yevlax şəhəri, H.Əliyev prospekti, 82 nömrəli ünvanda yerləşən Mərkəzi Bankın Ehtiyat Mərkəzində kondisionerlərin təchizatı və quraşdırılmasıdır.
Tender proseduru 21 iyun 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 5 avqust 2016-cı ilədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;
- 1-ci lot üzrə iştirak edən iddiaçıların oxşar işlərdə iş təcrübəsinin olması (korporotiv müştərilərin adlarını göstərməklə), o cümlədən maddi-texniki bazası və əməkdaşlarının peşəkarlığı (sertifikasiya) barədə məlumat;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 20 iyun 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 8 iyun 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına iştirak etdiyi hər bir lot üçün 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı,
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ 25 NABZ 01701190000000001944
Müxbir hesab: AZ 74 NABZ 01451700000000001944
S.W.İ.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.
Qiymətləndirmə meyarları:
- 1-ci lot üzrə qiymət amili və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza və zəmanət şərtləri);
- 2-ci lot üzrə qiymət amili və texniki amil (zəmanət şərtləri).
Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Əlaqələndirici şəxs: Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (428), Kənan Əliyev (inzibati departamentin əməkdaşı), telefon: 493-11-22 (254).
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.