Tender 8 lot üzrə keçirilir:
Lot-1. “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfransla bağlı KİV nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərinin təşkili xidmətlərinin satınalması.
Lot-2. Fondun fəaliyyətinin təşkili üçün inventar və avadanlıqların satınalınması.
Lot-3. 22 iyul Milli Mətbuat Günü ilə bağlı keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalması.
Lot-4. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi" mövzunda konfransın təşkili xidmətlərinin satınalması.
Lot-5. “Multikulturalizm ili” çərçivəsində regionlarda konfransların təşkili xidmətlərinin satınalması.
Lot-6. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə jurnalistlərin xarici ölkələrə səfərlərinin təşkili.
Lot-7. Tədbirlər üçün zəruri ləvazimatların satınalınması.
Lot-8. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubliksanın Qanununa uyğun olaraq yuxarıda göstərilən hər bir lot üzrə tender təkliflərini möhürləmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İştirak haqqı:
Lot-1 - 60 manat
Lot-2 - 80 manat
Lot-3 - 200 manat
Lot-4 - 60 manat
Lot-5 - 60 manat
Lot-6 - 200 manat
Lot-7 - 250 manat
Lot-8 - 200 manat
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Beynəlxalq Mətbuat evi, əlaqələndirici şəxs Elşad Tağıyev, telefonu 012 538 40 48, 012 537 19 42) ala bilərlər.
Təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
VÖEN: 1001667391
Hesab: AZ08CTRE00000000000005547601
Fond.1 Maddə 251200. Tender xərci
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- iş cədvəli;
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş cədvəli istisna olmaqla) 24 iyun 2016-cı il saat 17.00-ə qədər, bank zəmanəti və tender təklifini isə möhürlənmiş ikiqat zərfdə 4 iyul 2016-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 05 iyul 2016-cı il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.