Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsi 2016-cı ilin II yarısında tələb olunan cari təmir işləri üçün tikinti materiallarının satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-1. Hidrotexniki qurğuların, boru kəmərlərinin, istismar yollarının, nasos stansiyası binalarının, mexaniki avadanlıqların və beton kanalların cari təmiri işləri üçün tikinti materiallarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat  bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara  üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin  vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və  maliyyə imkanları.

Tenderdə  iştirak etmək istəyənlər  lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Cumakənd kəndində (əlaqələndirici şəxs: Umarova Gülmayə Osman qızı  (telefon 5-12-25) ala bilərlər.

Təşkilat - Şəki Əyriçay Su Anbarı  İstismarı  İdarəsi

Adı: Şəki YXO

Hesab: AZ 03 AİİB 32051019447000201170

VÖEN:  3000104011

Bank: “Kapital Bank”ın Şəki filialı

Kod: 200703

VÖEN:  9900003611

Müxbir hesab: AZ37 NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK:AIIBAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank  günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə  olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair müvafiq arayışlar;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı  (əgər daha az fəaliyyət göstəribsə, bütün fəaliyyət dövrü üçün);

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün iddiaçının potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 iyun 2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 iyun 2016-cı il saat 17.00-a qədər Şəki, Əyriçay SAİİ-yə (ünvan:  Şəki, Cumakənd kəndi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 9 iyun 2016-cı il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında