“Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 91.0 - 107.0 km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi

“Azəravtoyol” ASC

Məsləhət xidmətləri üzrə satınalmalara dair xüsusi bildiriş

Maraqların ifadə edilməsi üçün dəvət

“Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi

BYİB Borc sazişi - 7889 AZ və 8602 AZ, BİA Krediti - 4723AZ   Azərbaycan Respublikası Hökuməti  Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) “Azərbaycan Magistral Avtomobil Yolu 3" layihəsi üzrə kredit vəsaiti əldə etmiş və  həmin vəsaitin bir hissəsini bu layihə üzrə məsləhət xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          Məsləhət xidmətlərinə “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 91.0 - 107.0 km hissəsinin dörd zolağa genişləndirilməsi" layihəsi üzrə podrat müqaviləsinin icrasına texniki nəzarət işləri daxildir. İki hərəkət hissəsindən ibarət olacaq yol geometrik xüsusiyyətlərin təkmilləşdirilməsi və təhlükə risklərinin azaldılması məqsədilə bəzi yerlərdə yol oxunda dəyişikliklər istisna olmaqla, mövcud yol oxu üzrə genişləndiriləcəkdir. Ərazi təpəliklərdən ibarət olduğu üçün tikinti işlərinə sürüşməyə meyilli hissələrdə dayanıqlığın təmin edilməsi işləri də daxildir. Məsləhətçi, bank tərəfindən maliyyələşdirilən layihədə tikinti işlərinin idarə olunmasında sifarişçiyə kömək göstərməli, tikinti müddəti və qüsurların aradan qaldırılması müddətində mühəndisin öhdəliklərini yerinə yetirməlidir.

Məsləhətçi tərəfindən həyata keçiriləcək xidmətlərə tikintidən əvvəl görülən işlər, podrat müqaviləsinin idarə olunması, podratçının istifadə etdiyi materialların və iş üsulunun təsdiq olunması, tikinti işlərinə birbaşa nəzarət edilməsi, işlərin gedişinin yoxlanılması, işlərin yerinə yetirilməsi zamanı texniki dəstəyin göstərilməsi, tikintidən sonrakı dövrdə qüsurların aradan qaldırılması işlərinə nəzarət edilməsi, monitorinqi və hesabatların verilməsi daxildir. Tikintinin və əlavə olaraq qüsurların aradan qaldırılması müddəti hər biri 24 ay nəzərdə tutulmuşdur.

“Azəravtoyol” ASC məsləhət xidmətlərinin təmin olunması məqsədilə iştirak hüququ olan məsləhətçi şirkətləri maraqlarını ifadə etməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin icrasını həyata keçirmək üçün tələb olunan meyarlara cavab verdiklərini əsaslandıran və müvafiq təcrübələrini əks etdirən məlumatları təqdim etməlidirlər.

 Qısa siyahıya daxil olmaq üçün əsas şərtlər aşağıdakılardır:

- şirkət haqqında məlumat;

- oxşar cəhətləri üstünlük təşkil edən layihələrdə iş təcrübələri; 

- regionda oxşar iş təcrübələri.

Dünya Bankının “BYİB borc və BİA kreditləri/qrantları çərçivəsində borcalan tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması  təlimatında (may, 2011) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasəti barədə açıqlamalar verilən 1.9-cu paraqrafını məsləhətçilərin nəzərinə xüsusilə çatdırırıq.

Məsləhətçilər ixtisas meyarlarının uyğunlaşdırılması məqsədilə bu və ya digər şirkətlə birgə müəssisə şəklində, yaxud sub-məsləhətçi olaraq iştirak edə bilərlər.

Məsləhətçi şirkət təlimatda qeyd olunan keyfiyyət və dəyərə əsaslanan seçim üsulu ilə seçiləcəkdir.  

Əlavə məlumatları qeyd olunan ünvanda iş günləri saat 9.00-dan 18.00-dək  əldə etmək olar. 

Maraqların ifadəsi sorğusu aşağıda qeyd olunan ünvanlara 6 iyun 2016-cı il tarixə qədər rəsmi qaydada (kuryer vasitəsilə və ya poçt, faks və ya elektron məktub formasında) təqdim edilməlidir.

“Azəravtoyol” ASC

Əlaqələndirici şəxs - Adil Qocayev,

LİQ direktoru

Ünvan: AZ1117 Bakı, Azərbaycan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə

Telefon: +994 12 499 79 02

Elektron ünvanı: [email protected] 

Surəti: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında