Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Qalib qrant layihələri üzrə cihaz, avadanlıq, məmulat və reagentlərin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Birinci layihə üzrə

Lot -1. Tibb sahəsində tədqiqatlar üçün elmi cihaz və avadanlıqların satınalınması.

Lot- 2. Tibbi-kimyəvi məmulat və reagentlərin satınalınması.

İkinci layihə üzrə

Lot -1. Tibb sahəsində tədqiqatlar üçün elmi cihaz və avadanlıqların satınalınması. 

Lot- 2. Tibbi-kimyəvi məmulat və reagentlərin satınalınması.

Üçüncü layihə üzrə

Lot -1. Tibb sahəsində tədqiqatlar üçün elmi cihaz və avadanlıqların satınalınması. 

Lot -2. Tibbi-kimyəvi məmulat və reagentlərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi, 27,  9-cu mərtəbə  (tender komissiyası, telefon 489-08-94, səlahiyyətli şəxs- Ədilə Babayeva) ala bilərlər.

İştirak haqqı:

- hər üç layihənin 1-ci lotları üçün – 300 manat;

- hər üç layihənin 2-ci lotları üçün isə –50 manatdır.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

VÖEN: 1701102761

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın VÖEN-i: 1401555071

H/h: AZ 29 CTRE 00000000000005428301

M/h: AZ41NABZ01360100000000003944 

Bankın kodu: 210005

S.W.İ.F.T. CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi  vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

- işləri yerinə yetirmək üçün iddiaçının potensial imkanları haqqında məlumat və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 may 2016-cı il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2 iyun 2016-cı il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27,  9-cu mərtəbə ) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 3 iyun 2016-cı il  saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında