Azərbaycan Respublikası Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə Bakı- Şamaxı-Muğanlı avtomobil yolunun 13+290 - 15+140 km hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi BYİB Borc Sazişi 8602 AZ Müqavilə №: CW 2016-2-SW

1.Azərbaycan Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” Layihəsinin icrası məqsədilə Dünya Bankından kredit əldə etmişdir və bu vəsaitin bir hissəsini Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 13+290 - 15+140 km hissəsinin 4 zolağa genişləndirilməsinin maliyyələşdirilməsi məqsədilə sərf etmək niyyətindədir. Müqavilə Azərbaycan Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. Tender  Dünya Bankının prosedur və təlimatlarına uyğun qaydada həyata keçiriləcəkdir.

2. “Azəravtoyol” ASC M4 Bakı-Şamaxı magistral avtomobil yolunun (Müşfiqabad qəsəbəsindən keçən hissəsinin) dörd zolağa genişləndirilməsi və təkmilləşdirilməsi layihəsini həyata keçirmək üçün iştirak hüququ olan iddiaçı firmaları tender təkliflərini təqdim etməyə dəvət edir. Həmin  avtomobil yolu mövcud yol oxu saxlanılmaqla hər bir yanaşma yolu üçün əlavə köməkçi yol salınaraq dörd zolağa genişləndiriləcəkdir. Yeni salınacaq yol geyimi asfalt-beton səth layından, əlaqələndirci lay, əsas asfalt layı və dənəvər tərkibli əsasın alt layından ibarət olacaqdır. Asfalt yol geyimi materialının ümumi həcmi 18,000 kubmetr olacaqdır.

Layihəyə, həmçinin magistral avtomobil yolu üzərindən keçən iki yerüstü piyada keçidi, hərəkət şiddətinin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə yol kəsişmələrinin təkmilləşdirilməsi və kompleks abadlaşdırılma işləri də daxildir.Tikinti müddəti 12 ay nəzərdə tutulmuşdur.

3. Tender Dünya Bankının təlimatlarında qeyd olunduğu kimi, milli rəqabətli tender prosedurlarına uyğun həyata keçiriləcəkdir: Dünya Bankından əldə olunan borc vəsaitləri - BYİB və BİA Kreditləri, qrantlar çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satın alınması(satınalma təlimatları). Tender satınalma təlimatlarına əsasən, iştirak hüququ olan bütün iddiaçılar üçün açıq elan olunur. Bundan əlavə, Dünya Bankının “Maraqların toqquşması üzrə siyasət”inin 1.6 və 1.7 bəndlərinə istinad etmək xahiş olunur.

4. Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək üçün “Azəravtoyol” ASC-yə  iş günləri saat 9.00-dan 18.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər.

5. Tender təkliflərinin ingilis dilində toplusu aşağıdakı ünvana rəsmi müraciət təqdim olunduqdan, 150 manat və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ qazanmış firmalar tərəfindən əldə edilə bilər. 

Ödəniş üçün bank rekvizitləri bunlardır:

Benefisiar:"Azəryolservis" ASC,

VÖEN: 9900013141

Bank:Azərbaycan Beynəlxalq Bankı, nəqliyyat filialı

SWİFT:İBAZAZ2X

Hesab No:AZ 21 İBAZ 38050019449345490205 AZN

AZ 11 İBAZ 38150018409345490205 USD

Bankın VÖEN-i: 9900001881

Geri qaytarılmayan məbləğin ödəniş qəbzi təqdim olunduğu təqdirdə sənədlər aşağıdakı ünvandan əldə oluna  və ya kuryer tərəfindən qısa zamanda çatdırıla bilər. Bunun üçün ödəniş, müraciət edən firma tərəfindən ödənilməlidir. Sənədlərin itirilməsi və gecikməsinə görə “Azəravtoyol” ASC məsuliyyət daşımır.     

6. Təkliflər 26 may 2016-cı il  yerli vaxtla saat 17.00-dək aşağıdakı ünvana təqdim olunmalıdır. Tender təklifləri elektron formada qəbul edilmir. Gec təqdim olunan sənədlər geri qaytarılacaqdır. Tender təklifləri aşağıdakı ünvanda 26 may 2016-cı il  yerli vaxtla saat 17.00-da iddiaçılar tərəfindən təyin olunan nümayəndələrin və digər şəxslərin iştirakı ilə açılacaqdır. 

7. Bütün tender təklifləri 100,000 manat dəyərində tender təklifi zəmanəti ilə birlikdə təqdim olunmalıdır.

8.Ünvan: “Azəravtoyol” ASC

Kimə: Cənab Saleh Məmmədova, "Azəravtoyol" ASC-nin sədri, otaq №:224

Ünvan:Biləcəri qəsəbəsi, R.İsmayilov küçəsi, 2025-ci məhəllə

Şəhər: Bakı

ZIP kodu: AZ 1117

Ölkə: Azərbaycan Respublikası

Telefon: (+994 12) 4997902

Faks: (+994 12) 4997944

Elektron ünvan:

[email protected];

Surəti: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında