Tenderin ilkin seçim (prekvalifikasiya) mərhələsinə dəvət
Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə
BYİB Borc Sazişi 8602 AZ
Tenderin ilkin seçim (prekvalifikasiya) mərhələsinə dəvət Azərbaycan Magistral Avtomobil Yolu 3 layihəsi üzrə 26 yanvar 2010-cu il tarixdə dərc edilmiş satınalmalara dair ümumi bildirişin davamıdır.
Azərbaycan Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (Dünya Bankı) kredit əldə edərək həmin vəsaitin bir hissəsini Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 13+290 - 15+140 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi üçün tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə sərf etmək niyyətindədir. Müqavilə Azərbaycan Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir.
“Azəravtoyol” ASC Bakı-Şamaxı avtomobil yolunun Şamaxı şəhərinə kimi olan 16 kilometrlik hissəsinin genişləndirilməsi və təkmilləşdirilməsini həyata keçirəcək podratçı firmanın seçilməsi məqsədilə tikinti şirkətləri arasında ilkin seçim etmək niyyətindədir. Yol geometrik xüsusiyyətlərin təkmilləşdirilməsi və təhlükə risklərinin azaldılması məqsədilə bəzi yerlərdə yol oxunda dəyişikliklər istisna olmaqla mövcud yol oxu üzrə genişləndiriləcəkdir. Yolun mövcud hərəkət hissəsi qaşındıqdan (frezləndikdən) və təmir olunduqdan sonra mümkün qədər genişləndirilən 4 zolaqlı, iki hərəkət hissəli yolun bir hərəkət hissəsi kimi istifadə olunacaqdır. Yeni yol geyimi asfalt-beton örtüyündən, əlaqələndirci lay, əsas asfalt layı və dənəvər tərkibli əsasın alt layından ibarət olacaqdır.
Bu hissədə yolu 4 zolaqlı yola uyğunlaşdırmaq üçün mövcud iki körpüyə paralel olan körpülər tikiləcəkdir. Bu yol əsasən yamac sürüşməsi problemi olan ərazilərdən keçir. Yolun uzunmüddətli dayanıqlığının təmin edilməsi üçün üfiqi drenaj sistemlərinin, möhkəmləndirici svayların qoyulması, yamac bucağının azaldılması və bermaların quraşdırılması tədbirləri layihələndirilmədə nəzərə alınmışdır. Bunlar da planlaşdırılan işlərin bir hissəsini təşkil edir.
Yolun genişləndirilməsi üçün tikintinin müddəti və əlavə olaraq qüsurların aradan qaldırılması müddəti hər biri 24 ay nəzərdə tutulmuşdur. Tikinti müddəti ərzində yol, nəqliyyatın hərəkəti üçün açıq qalacaqdır və podratçı nəqliyyatın idarə edilməsində məsuliyyət daşıyacaqdır. Ehtimal olunan material həcmləri aşağıdakı kimidir:
Torpaq işləri (tökmə) 500,000 m3
Torpaq işləri (qazma) 1,700,000 m3
Asfalt - beton yol geyimi layları 110,000 m3
Körpü göyərtəsinin sahəsi 2000 m2
Yerində betonlanan svaylar 9,000 m
Tenderə dəvətin 2016-cı ilin avqust ayında ediləcəyi gözlənilir.
Tenderin ilkin seçim mərhələsi Dünya Bankının təlimatlarında göstərilən prosedurlar üzrə həyata keçiriləcəkdir (BYİB-in Borcları və BİA kreditləri çərçivəsində Satınalma Qaydaları, yanvar, 2011-ci il). Tenderin ilkin seçim mərhələsi təlimatlarda qeyd olunduğu kimi iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.
Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək üçün “Azəravtoyol” ASC-yə iş günləri saat 9.00-dan 18.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər. Tenderin ilkin mərhələsinə təklif vermək üçün sənədin/prekvalifikasiya sənədinin ingilis dilində toplusu aşağıdakı ünvana rəsmi müraciət təqdim olunduqdan, 150 AZN və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə edilə bilər. Ödəniş üçün bank rekvizitləri aşağıdakı kimidir:
Benefisiar:"Azəryolservis" ASC VÖEN: 9900013141
Bank: Azərbaycan Beynəlxalq Bankı, Nəqliyyat filialı
SWIFT:İBAZAZ2X
Hesab: AZ 21 İBAZ 38050019449345490205 AZN
AZ11IBAZ38150018409345490205 USD
Bankın VÖEN-i: 9900001881
Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqda sənədlər aşağıdakı ünvandan əldə oluna və ya kuryer vasitəsilə çatdırıla bilər. Sənədlərin itirilməsi və gecikməsinə görə “Azəravtoyol” ASC məsuliyyət daşımır. Tenderin ilkin seçim mərhələsi üçün müraciət 2 iyun 2016-cı il , yerli vaxtla saat 17.00-a kimi üzərində “Azərbaycan Magistral Avtomobil Yolu 3 layihəsi, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 13+290 - 15+140 km hissəsinin 4 zolağa genişləndirilməsi, ICB 04 üzrə podratçı firmanın seçilməsi məqsədilə keçirilən tenderin ilkin seçim mərhələsi üçün sənədlər” qeyd olunmaqla aşağıdakı ünvana təqdim edilməlidir. Sifarişçi gecikən müraciətləri geri qaytarmaq və ya qəbul etmək hüququna malikdir.
Ünvan:AZ1117, Azərbaycan Respublikası, “Azəravtoyol” ASC, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə, 224-cü otaq, Kimə: cənab Saleh Məmmədova, “Azəravtoyol” ASC-nin sədri
Əlaqə nömrələri:
Telefon: (+994 12) 4997902
Faks: (+994 12) 4997944
Elektron ünvan: [email protected];
Surəti: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.