Azərbaycan Respublikasının Mərkəzi Bankı Nağd pul və qiymətlilərin daşınması üçün 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satınalınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq

AÇIQ TENDER KEÇİRİR

Tender proseduru 1 iyun 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının son 2 (iki) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- iddiaçının, son 5 (beş) ildə bu sahədə iş təcrübəsinin olmasını təsdiq edən məlumat (sifarişlər və müştərilərin adı göstərilməklə);

-  Azərbaycan dilində iki nüsxədə tender təklifi (xarici iddiaçılar tender təklifini Azərbaycan dilinə tərcümə etməlidir, tender təklifi 19 iyul 2016-cı ildək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1% (bir faizi)  məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 31 may 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 20 may 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş  zərf  və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Hesab:AZ 25 NABZ 01701190000000001944

Kod: 501004

M/h: AZ 74 NABZ 01451700000000001944

VÖEN: 9900071001

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Federal Reserve Bank of New York, FRNYUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

ABA 021088221; Account number: № 0170690001944.

Avtomobillərin təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 150 (bir yüz əlli) təqvim günü ərzində.

Qiymətləndirmə meyarları: qiymət amili və texniki amillər (keyfiyyət funksional - xüsusiyyətlər) zəmanət və zəmanət müddətində texniki qulluq şərtləri, habelə avtomobillərin təqdim edilməsi müddəti.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər (Azərbaycan və ya ingilis dillərində). Tender üzrə əlaqələndirici şəxs: S.Ələkbərov, telefon: +994 12 493 11 22 (361), faks: 4937374, elektron poçt ünvanı: [email protected] [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında