Şriftin ölçüsü:
13.11.2010 04:58 | Oxunma sayı: 333
Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi üçün server, şəbəkə, kompyuter avadanlıqlarının, lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının satın alınması məqsədilə tender elan edir
Tender keçirən: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 83
1. Açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi üçün server, şəbəkə, kompyuter avadanlıqlarının və lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının təchiz olunması təklif olunur.
Tender 3 (üç) lot üzrə keçirilir.
Lot-1. Maliyyə Nazirliyinin mərkəzi aparatının mövcud olan daxili kommunikasiya səbəkəsi və rəqəmsal ATS-sı üçün əlavə server, şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının alınması.
Lot-2. Maliyyə Nazirliyinin mərkəzi aparatında elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə əlaqədar həmin sistem üçün server avadanlıqlarının və əməliyyat sistemlərinin alınması.
Lot-3. SAP R/3 bazası əsasında Xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sisteminin (XİİS) tətbiqi ilə əlaqədar əlavə server, şəbəkə avadanlıqlarının və ehtiyat hissələrinin alınması və XİİS-nə texniki servis xidmətinin göstərilməsi.
2. Tender proseduru 2010-cu il dekabr ayının 28-də saat 11-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin IV mərtəbəsində, 404-cü otaqda keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2010-cu il dekabr ayının 27-də saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
4.1. istehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən server, şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının təchizində və satın-alınmasında (və ya buna oxşar sahədə) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;
4.2. tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.3. təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafig sertifikatlara malik olmalıdır;
4.4. iddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. iddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.3. iddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün lot-1 üzrə - 300 manat (üç yüz), lot-2 üzrə - 200 manat (iki yüz), lot-3 üzrə - 100 manat (yüz) və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğlərin ABŞ dollarında ekvivalentini ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikasının Maliyyə Naziliyi
MN DX 1 saylı Xəzinə İdarəsi
Hesablaşma hesabı: 33205019449328518204,
VÖEN: 17 009 861 81
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankı
Kod: 805722, Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881, S.W.İ.F.T. Bik: İBAZAZ2X
8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi E. Qasımovdur. Əlavə məlumat almaq üçün 18 noyabr 2010-cu il tarixdən 27 dekabr 2010-cu il tarixədək, saat 10.00-dan 18.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 83, IV mərtəbə, 403-cü otaq
Telefon: (99412) 404-47-06 Faks: (99412) 404-47-20
9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.
10.Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
{nl}
Tender komissiyası
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.