Azərbaycan Respublikasının Təhsil Nazirliyi

 

 (Bakı şəhəri, Xətai prospekti, 49) Nazirliyin  birbaşa tabeliyində olan internat tipli təhsil  müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin  2016-cı ilin iyun-dekabr ayları ərzində  keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin  satınalınması məqsədilə açıq tender elan edir

Satınalmanın predmeti: Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan internat tipli təhsil  müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin   2016-cı ilin iyun-dekabr  ayları ərzində  keyfiyyətli hazır isti yeməklə təchizatı.

Keyfiyyətli hazır isti yemək təchizatı ilə bağlı iş və xidmətlər adları və ünvanları aşağıda göstərilən 48 internat tipli  təhsil müəssisəsini əhatə edəcəkdir:

Sıra N-si

 Təhsil müəssisəsinin adı

 Yerləşdiyi ünvan

1

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey

Bakı şəhəri, S.Dadaşov küçəsi, 555-ci məhəllə

2

S.C.Pişəvəri adına Respublika  Humanitar Fənlər Gimnaziyası

Bakı şəhəri, F.Yusifov  küçəsi, 39

3

Kimya-Biologiya  Təmayüllü Respublika Liseyi

Bakı şəhəri Ş.Mirzəyev  küçəsi, 53

4

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyası

Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllə

5

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya

Bakı şəhəri, Qaraçuxur qəsəbəsi

6

A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziya

Bakı şəhəri, “Şimal DRES” qəsəbəsi, L.Starçuk küçəsi, 1

7

10 nömrəli  Sanatoriya Tipli İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi.18A

8

8 nömrəli Sanatoriya Tipli  İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 1

9

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 nömrəli Tam Orta İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 25

10

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 2 nömrəli Ümumi Orta İnternat Məktəbi

Bakı şəhəri, Xəzər  rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 29

11

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 56

12

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Nizami rayonu,  M.Şərifli küçəsi, 3

13

Sağlamlıq İmkanları Məhdud Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 35

14

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77

15

E.Mirzəyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, 1

16

E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 24

17

11 nömrəli İnteqrasiya təlimli internat məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi,12

18

Nizami rayonu, 3 nömrəli Xüsusi Ümumtəhsil Məktəbi

Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 3

19

Nəsimi rayonu, 11 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 138

20

Nəsimi rayonu, 268 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 38

21

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 43A

22

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 3

23

Sumqayıt şəhər Fars-İngilis Təmayüllü Orta İnternat Məktəbi

Sumqayıt şəhəri,  Mehdi Hüseyn küçəsi ,6

24

Sumqayıt şəhər general M.Əsədov adına Tam Orta İnternat Məktəbi

Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 11v

25

Sumqayıt şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbi

Sumqayıt şəhəri,  5-ci mikrorayon, C.Məmmədquluzadə küçəsi.

26

Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya

Gəncə şəhəri, Bağbanlar küçəsi,18

27

Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü  İnternat  Tipli Gimnaziya

Gəncə şəhəri,   H.Əliyev prospekti, 208

28

Gəncə şəhər  Sanatoriya Tipli İnternat Məktəbi

Gəncə şəhəri,   Gəncə prospekti, Nizami küçəsi, 235

29

Goranboy şəhər R.Ağakişiyev adına Ümumi Orta İnternat Məktəbi

Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, 23

30

Şəki şəhər Qarışıq Tipli İnternat Məktəbi

Şəki şəhəri,  M.F.Axundov prospekti, 164

31

Mingəçevir şəhər Tam Orta İnternat Məktəbi

Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 1

32

Balakən rayonu, Ümumi Orta İnternat Məktəbi

Balakən şəhəri, H.Əliyev küçəsi, 77

33

Salyan şəhər A.Səfərov adına Ümumi  Orta  İnternat Məktəbi

Salyan şəhəri,  H.Z.Tağıyev küçəsi, 62

34

Siyəzən şəhər Ümumi Orta  İnternat Məktəbi

Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 2

35

Neftçala şəhər M.Səfərov adına İnternat Məktəbi

Neftçala şəhəri,  Ü.Hacıbəyov  küçəsi

36

 Lerik şəhər V.İbrahimov adına Tam Orta İnternat Məktəbi

Lerik rayonu, A.Əsədullayev küçəsi, 9

37

Zaqatala şəhər İnternat Məktəbi

Zaqatala şəhəri, Saleh Qocayev küçəsi, 1A

38

Bərdə şəhər İnklüziv Təhsil Komponentli Günüuzadılmış Ümumtəhsil Məktəbi

Bərdə şəhəri, M.Müşfiq küçəsi, 3

39

Göyçay şəhər  S.Vurğun adına Tam Orta  İnternat Məktəbi

Göyçay şəhəri, R.Rza küçəsi, 130

40

Tovuz rayon Qovlar şəhər Qarışıq Tipli Tam Orta  İnternat Məktəbi

Tovuz rayonu,  Qovlar qəsəbəsi, Vağzal küçəsi

41

Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya

Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 94

42

Lənkəran şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbi

Lənkəran şəhəri, Füzuli küçəsi, 125

43

Şamaxı rayonu Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25

44

Ağdaş rayon M.Şeyxzadə adına İnternat Tipli Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Ağdaş şəhəri, H.Əliyev prospekti, 98

45

Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü Gimnaziya

Füzulu rayonu, Əhmədbəyli kəndi

46

Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Lisey

Biləsuvar şəhəri, Mübariz İbrahimov

küçəsi, 1

47

Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta  İnternat Məktəbi

Quba rayonu, Zərdabi qəsəbəsi

48

Rüfət Kəlibiyev adına Xınalıq Tam Orta İnternat Məktəbi

Quba rayonu, Xınalıq kəndi

 

Yuxarıda adıçəkilən internat tipli təhsil  müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli,  21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş aşağıdakı  qida normativlərinə riayət olunmalıdır:

Sıra N-si

Ərzaq məhsullarının adı

Bir şagirdin gündəlik qida norması (qramla, ədədlə)

 1

Buğda çörəyi 1-ci növ

200

 2

Buğda çörəyi 2-ci növ

200

 3

Buğda unu 1-ci növ

39

 4

Kartof unu

1

 5

Yarma, paxlalar, makaron məmulatları

80

 6

Kartof

370

 7

Müxtəlif tərəvəzlər

470

 8

Təzə meyvələr

300

 9

Meyvə və tərəvəz şirələri

200

10

Qurudulmuş meyvələr

10

11

Şəkər

65

12

Qənnadı məmulatları

25

13

Dənəvər qəhvə, qəhvə içkisi

4

14

Kakao

2

15

Çay

2

16

Ət, quş əti

130

17

Balıq

50

18

Sud, kefir, qatıq

500

19

Kəsmik

70

20

Xama

20

21

Pendir

25

22

Kərə yağı

35

23

Bitki yağı

18

24

Yumurta (ədədlə)

1

25

Ədviyyat

2

26

Duz

9

27

Maya

2

Açıq tender proseduru 11 may 2016-cı il saat 16.00-da iddiaçıların və ya onların səlahiyyətli  nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin  iclas zalında (IV mərtəbə) keçiriləcəkdir.

 İddiaçılara təklif olunur ki, təklifləri tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərflərdə (əsli və surəti) 10 may 2016-cı il, saat 17.00-a qədər tender komissiyasına təqdim etsinlər. Təklif zərflərinin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb, möhürlənməlidir. Təkliflər zərflər açıldıqdan sonrakı  30 bank günü müddətində qüvvədə olmalıdır.

 Müəyyən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq və zərflər açılmadan geri qaytarılacaqdır.

 İddiaçılar  təkliflərlə birlikdə tender təklifinin 2%-i  həcmində, 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən)  bank təminatını təqdim etməlidirlər.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı qaneedici ilkin maliyyə imkanları (hesablaşma hesabında ən azı 500000 manat məbləğində sərbəst pul vəsaiti)  olan, aidiyyəti üzrə maddi-texniki bazası (mətbəxi, anbarları, ət, tərəvəz və meyvə emalı sexləri, şirniyyat və çörək sexləri, avtomobil parkı, digər lazımi  inventar və avadanlıqları), təcrübəli kadrları, 15-dən çox təhsil müəssisəsində təhsil alan şagirdlərin  hazır isti yeməklə təchizatı sahəsində 2 ildən çox  təcrübəsi, ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunmuş beynəlxalq statuslu standartlara (İSO 22000:2005) riayət edilməsinə dair müvafiq sertifikatı olan, iş və xidmətləri ilə  daha çox sayda müəssisələri, xüsusi ilə təhsil müəssisələrini əhatə edən  iddiaçılara üstünlük veriləcəkdir.

İddiaçı şagirdlərin gün ərzində müvafiq qaydada təhsil müəssisəsinin təqdim etdiyi sifariş və məlumatları əsasında, eləcə də təhsil müəssisəsi ilə iddiaçı arasında tərtib olunmuş həftəlik  menyulara uyğun olaraq vaxtında keyfiyyətli  hazır isti yeməklə təmin edilməsinə təminat verməlidir.

Tenderdə iştirak etmək istəyənlər Təhsil Nazirliyinə

VÖEN:1500046011

 H/h AZ 30 CTRE 00000000000002168501

büdcə təsnifatı:7/142340

 Dövlət Xəzinədarlığı Agentliyi

Kod:210005

M/H: AZ 41 NABZ 01360100000000003944

 VÖEN:1401555071

 S.W.İ.F.T. BİK CTREAZ22)

 1000 (bir min) manat məbləğində  iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İradə Mirzəhmədovadan ala bilərlər (Bakı, Xətai prospekti, 49, otaq 310, telefon: (012) 599-11-55 (daxili 52-49).

İştirak haqqı heç bir halda geri qaytarılmır.  

İştirakçılar  tərəfindən tender təkliflərindən əlavə  aşağıdakı sənədlər təqdim edilməlidir:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti;

-nizamnamənin notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti;

-vergi borcunun olub-olmaması haqqında vergi orqanları  tərəfindən verilmiş arayış;

-icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu   tərəfindən verilmiş arayış;

-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri;

-son bir ildəki maliyyə vəziyyətini əks etdirən və auditdən keçmiş balansın surəti;

-son iki ildə internat tipli təhsil müəssisələrində təhsil alan şagirdlərin keyfiyyətli hazır isti yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (hazır isti yeməklə təchiz olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat. Aparıcı beynəlxalq təchizatçılarla  partnyor münasibətləri  barədə məlumat da öz əksini tapmalıdır;

-maddi-texniki və kadr potensialı haqqında ətraflı məlumat. Təhsil müəssisələrinin şagirdlərinin  keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə)  barədə məlumat da öz əksini tapmalıdır;

-iş və xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi)  beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət olunması, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında  geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə);  

-SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) siyasətinə riayət olunması barədə məlumat; 

-beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş  qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat.

-öz əmlakından sərbəst və məhdudiyyətsiz  istifadə etmək imkanı barədə məlumat;

-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat;

-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin  bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların  müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.  

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb, 20 aprel 2016-cı il tarixədək tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Açıq tender  proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tərəfindən   “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və  əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və  təkliflərinin təqdim edilməsi  həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola  bilər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında