Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi 2011-ci il üçün əşya əmlaklarının satınalınması məqsədilə açıq tender elan edir

Tender 15 lot üzrə keçirilir:
LOT-1:Zeytun rəngli qulaqlı papaq ə\h
LOT-2:Zeytun rəngli qış paltosu z\h
LOT-3:Zeytun rəngli mövsümü palto z\h
LOT-4:Zeytun rəngli yaxası boğazacan yarıyun köynək ə\h
LOT-5:Zeytun rəngli qış kiteli və şalvarı
LOT-6:Zeytun rəngli yay kiteli və şalvarı
LOT-7:Zeytun rəngli mövsümü gödəkcə və şalvar
LOT-8:Komuflyaj rəngli isti səhra gödəkcəsi
LOT-9:Komuflyaj rəngli qış səhra kostyumu furajka ilə
LOT-10:Komuflyaj rəngli yay səhra kostyumu furajka ilə
LOT-11:Uzunboğaz botinka
LOT-12:Qara rəngli yay tuflisi
LOT-13:Zeytun rəngli trikotaj futbolka və trusu ə\h, zeytun rəngli trikotaj alt tumanı və köynəyi ə\h, zeytun rəngli trikotaj isti alt tumanı və köynəyi ə\h
LOT-14:İplik corab, yarıyun corab
LOT-15:Yarıyun ədyal
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlara uyğun ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:
Lot N0-si İştirak haqqının məbləği (manatla) Lot N0-si İştirak haqqının məbləği (manatla)
1-ci 70,0 9-cu 220,0
2-ci 60,0 10-cu 60,0
3-cü 100,0 11-ci 500,0
4-cü 110,0 12-ci 70,0
5-ci 50,0 13-cü 260,0
6-cı 160,0 14-cü 180,0
7-ci 140,0 15-ci 80,0
8-ci 160,0
Hesab: Azərbaycan Respublikası Beynəlxalq Bankı, kod: 805722, m/h-0137010002944, VÖEN-9900001881, S.W.I.F.T İBAZAZ 2X, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi, hesab №-si 33205019449328518204, VÖEN 1700986181, DİN DQBİ-nin VÖEN-i 1500426471. Daxili Qoşunların Baş İdarəsinin tenderində iştirak haqqı.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bütün iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 7 dekabr 2010-cu il saat 12.00-a qədər, texniki spesifikasiyaların tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunələr, həmin malların uyğunluq sertifikatlarının əslini isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 7 dekabr 2010-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 16 dekabr 2010-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsi binasının beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbulu - hər gün saat 11:00-dan 12:00-a qədər və 16:00-dan 17:00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 17 dekabr 2010-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 nömrəli ünvanda) keçiriləcəkdir. İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.
Telefon: 569-95-10.
Əlaqələndirici: A.Quliyeva.

{nl}

DAXİLİ QOŞUNLARIN TENDER KOMİSSİYASI

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında