(Bakı şəhəri, Xətai prospekti, 49) nazirliyin birbaşa tabeliyində olan internat tipli təhsil müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin 2016-cı ilin iyun-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədilə açıq tender elan edir
Satınalmanın predmeti: Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan internat tipli təhsil müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin 2016-cı ilin iyun-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı.
Keyfiyyətli hazır isti yeməklə təchizatıyla bağlı iş və xidmətlər adları və ünvanları aşağıda göstərilən 48 internat tipli təhsil müəssisəsini əhatə edəcəkdir:
Sıra N-si
|
Təhsil müəssisəsinin adı
|
Yerləşdiyi ünvan
|
1
|
Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey
|
Bakı şəhəri, S.Dadaşov küçəsi, 555-ci məhəllə
|
2
|
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası
|
Bakı şəhəri, F.Yusifov küçəsi, 39
|
3
|
Kimya-Biologiya Təmayüllü Respublika Liseyi
|
Bakı şəhəri Ş.Mirzəyev küçəsi, 53
|
4
|
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyası
|
Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllə
|
5
|
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya
|
Bakı şəhəri, Qaraçuxur qəsəbəsi
|
6
|
A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziya
|
Bakı şəhəri, “Şimal DRES” qəsəbəsi, L.Starçuk küçəsi, 1
|
7
|
10 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi.18A
|
8
|
8 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 1
|
9
|
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 nömrəli Tam Orta İnternat Məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 25
|
10
|
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 2 nömrəli Ümumi Orta İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 29
|
11
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 56
|
12
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 3
|
13
|
Sağlamlıq İmkanları Məhdud Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 35
|
14
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77
|
15
|
E.Mirzəyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, 1
|
16
|
E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 24
|
17
|
11 nömrəli İnteqrasiya təlimli internat məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi,12
|
18
|
Nizami rayonu, 3 nömrəli Xüsusi Ümumtəhsil Məktəbi
|
Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 3
|
19
|
Nəsimi rayonu, 11 nömrəli Xüsusi Təhsil Məktəbi
|
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 138
|
20
|
Nəsimi rayonu, 268 nömrəli Xüsusi Təhsil Məktəbi
|
Bakı şəhəri, Nəsimi rayonu,Süleyman Rüstəm küçəsi, 38
|
21
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 43A
|
22
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi
|
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi 3
|
23
|
Sumqayıt şəhər Fars-İngilis Təmayüllü Orta İnternat Məktəbi
|
Sumqayıt şəhəri, Mehdi Hüseyn küçəsi ,6
|
24
|
Sumqayıt şəhər general M.Əsədov adına Tam Orta İnternat Məktəbi
|
Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 11v
|
25
|
Sumqayıt şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbi
|
Sumqayıt şəhəri, 5-ci mikrorayon C.Məmmədquluzadə küçəsi.
|
26
|
Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya
|
Gəncə şəhəri, Bağbanlar küçəsi,18
|
27
|
Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziya
|
Gəncə şəhəri, H.Əliyev prospekti, 208
|
28
|
Gəncə şəhər Sanatoriya Tipli İnternat Məktəbi
|
Gəncə şəhəri, Gəncə prospekti Nizami küçəsi, 235
|
29
|
Goranboy şəhər R.Ağakişiyev adına Ümumi Orta İnternat Məktəbi
|
Goranboy şəhəri, M.Məhərrəmov küçəsi 23
|
30
|
Şəki şəhər Qarışıq Tipli İnternat Məktəbi
|
Şəki şəhəri, M.F.Axundov prospekti, 164
|
31
|
Mingəçevir şəhər Tam Orta İnternat Məktəbi
|
Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 1
|
32
|
Balakən rayonu, Ümumi Orta İnternat Məktəbi
|
Balakən şəhəri, H.Əliyev küçəsi, 77
|
33
|
Salyan şəhər A.Səfərov adına Ümumi Orta İnternat Məktəbi
|
Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, 62
|
34
|
Siyəzən şəhər Ümumi Orta İnternat Məktəbi
|
Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 2
|
35
|
Neftçala şəhər M.Səfərov adına İnternat Məktəbi
|
Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi
|
36
|
Lerik şəhər V.İbrahimov adına Tam Orta İnternat Məktəbi
|
Lerik rayonu, A.Əsədullayev küçəsi, 9
|
37
|
Zaqatala şəhər İnternat Məktəbi
|
Zaqatala şəhəri, Saleh Qocayev küçəsi, 1A
|
38
|
Bərdə şəhər İnklüziv Təhsil Komponentli Günüuzadılmış Ümumtəhsil Məktəbi
|
Bərdə şəhəri, M.Müşfiq küçəsi, 3
|
39
|
Göyçay şəhər S.Vurğun adına Tam Orta İnternat Məktəbi
|
Göyçay şəhəri, R.Rza küçəsi, 130
|
40
|
Tovuz rayon Qovlar şəhər Qarışıq Tipli Tam Orta İnternat Məktəbi
|
Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi
|
41
|
Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya
|
Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 94
|
42
|
Lənkəran şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbi
|
Lənkəran şəhəri, Füzuli küçəsi, 125
|
43
|
Şamaxı rayonu Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya
|
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi,25
|
44
|
Ağdaş rayon M.Şeyxzadə adına İnternat Tipli Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya
|
Ağdaş şəhəri, H.Əliyev prospekti 98
|
45
|
Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü Gimnaziya
|
Füzulu rayonu,Əhmədbəyli kəndi
|
46
|
Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Lisey
|
Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1
|
47
|
Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbi
|
Quba rayonu, Zərdabi qəsəbəsi
|
48
|
Rüfət Kəlibiyev adına Xınalıq Tam Orta İnternat Məktəbi
|
Quba rayonu, Xınalıq kəndi
|
Yuxarıda adıçəkilən internat tipli təhsil müəssisələrində təhsil alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş aşağıdakı qida normativlərinə riayət olunmalıdır:
Sıra N-si
|
Ərzaq məhsullarının adı
|
Bir şagirdin gündəlik qida norması (qramla, ədədlə)
|
1
|
Buğda çörəyi 1-ci növ
|
200
|
2
|
Buğda çörəyi 2-ci növ
|
200
|
3
|
Buğda unu 1-ci növ
|
39
|
4
|
Kartof unu
|
1
|
5
|
Yarma, paxlalar, makaron məmulatları
|
80
|
6
|
Kartof
|
370
|
7
|
Müxtəlif tərəvəzlər
|
470
|
8
|
Təzə meyvələr
|
300
|
9
|
Meyvə və tərəvəz şirələri
|
200
|
10
|
Qurudulmuş meyvələr
|
10
|
11
|
Şəkər
|
65
|
12
|
Qənnadı məmulatları
|
25
|
13
|
Dənəvər qəhvə, qəhvə içkisi
|
4
|
14
|
Kakao
|
2
|
15
|
Çay
|
2
|
16
|
Ət, quş əti
|
130
|
17
|
Balıq
|
50
|
18
|
Sud, kefir, qatıq
|
500
|
19
|
Kəsmik
|
70
|
20
|
Xama
|
20
|
21
|
Pendir
|
25
|
22
|
Kərə yağı
|
35
|
23
|
Bitki yağı
|
18
|
24
|
Yumurta (ədədlə)
|
1
|
25
|
Ədviyyat
|
2
|
26
|
Duz
|
9
|
27
|
Maya
|
2
|
Açıq tender proseduru 11 may 2016-cı il saat 16.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin iclas zalında (IV mərtəbə) keçiriləcəkdir.
İddiaçılara təklif olunur ki, təklifləri tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərflərdə (əsli və surəti) 10 may 2016-cı il, saat 17.00-a qədər tender komissiyasına təqdim etsinlər. Təklif zərflərinin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb, möhürlənməlidir. Təkliflər zərflər açıldıqdan sonrakı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Müəyyən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq və zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar təkliflərlə birlikdə tender təklifinin 2%-i həcmində, 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən) bank təminatını təqdim etməlidirlər.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı qaneedici ilkin maliyyə imkanları (hesablaşma hesabında ən azı 500000 manat məbləğində sərbəst pul vəsaiti) olan, aidiyyəti üzrə maddi-texniki bazası (mətbəxi, anbarları, ət, tərəvəz və meyvə emalı sexləri, şirniyyat və çörək sexləri, avtomobil parkı, digər lazımi inventar və avadanlıqları), təcrübəli kadrları, 15-dən çox təhsil müəssisəsində təhsil alan şagirdlərin hazır isti yeməklə təchizatı sahəsində 2 ildən çox təcrübəsi, ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunmuş beynəlxalq statuslu standartlara (İSO 22000:2005) riayət edilməsinə dair müvafiq sertifikatı olan, iş və xidmətləri ilə daha çox sayda müəssisələri, xüsusi ilə təhsil müəssisələrini əhatə edən iddiaçılara üstünlük veriləcəkdir.
İddiaçı şagirdlərin gün ərzində müvafiq qaydada təhsil müəssisəsinin təqdim etdiyi sifariş və məlumatları əsasında, eləcə də təhsil müəssisəsi ilə iddiaçı arasında tərtib olunmuş həftəlik menyulara uyğun olaraq vaxtında keyfiyyətli hazır isti yeməklə təmin edilməsinə təminat verməlidir.
Tenderdə iştirak etmək istəyənlər Təhsil Nazirliyinə
VÖEN:1500046011
H/h AZ 30 CTRE 00000000000002168501
büdcə təsnifatı:7/142340
Dövlət Xəzinədarlığı Agentliyi
Kod:210005
M/H: AZ 41 NABZ 01360100000000003944
VÖEN:1401555071
S.W.İ.F.T. BİK CTREAZ22)
1000 (bir min) manat məbləğində iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İradə Mirzəhmədovadan ala bilərlər (Bakı, Xətai prospekti, 49, otaq 310,
telefon: (012) 599-11-55 (daxili 52-49).
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tərəfindən tender təkliflərindən əlavə aşağıdakı sənədlər təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti;
- nizamnamənin notarial qaydada 2016-cı ildə təsdiq olunmuş surəti;
- vergi borcunun olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış;
- icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayış;
- iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri;
- son bir ildəki maliyyə vəziyyətini əks etdirən və auditdən keçmiş balansın surəti;
- son iki ildə internat tipli təhsil müəssisələrində təhsil alan şagirdlərin keyfiyyətli hazır isti yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (hazır isti yeməklə təchiz olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat. Aparıcı beynəlxalq təchizatçılarla partnyor münasibətləri barədə məlumat da öz əksini tapmalıdır;
- maddi-texniki və kadr potensialı haqqında ətraflı məlumat. Təhsil müəssisələrinin şagirdlərinin keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə) barədə məlumat da öz əksini tapmalıdır;
- iş və xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi) beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət olunması, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə);
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) siyasətinə riayət olunması barədə məlumat;
- beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat.
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb, 20 aprel 2016-cı il tarixədək tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender iştirakçıları tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və təkliflərinin təqdim edilməsi həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola bilər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.