“Azərenerji” ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə tender elan edir
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi, 135
1. Açıq tenderə “Azərenerji” ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi təklif olunur.
2. Tender proseduru 2016-cı il aprelin 29-u saat 10.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində ( III mərtəbədə, otaq № 319) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2016-cı il aprelin 28-i saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.
5. İstehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq sahəsində beş ildən çox iş təcrübəsi, 10-dan çox enerji sahəsində diaqnostika aparan peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən iddiaçılar tenderdə iştirak edə bilməzlər.
6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.
7. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
8. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları
bildirməlidir:
8.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
8.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
8.3. İddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
8.4 Malik olduğu beynəlxalq sertifikatların əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır).
9. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 (iki min) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
11. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi,
VÖEN: 1400108191
Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi, 135
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
M/h: AZ 41 NABZ 01360100000000003944
VÖEN: 1401555071
S.W.İ.F.T. BİK: CTREAZ22
Maliyyə Nazirliyi kitab 002527-2108571
Hesab: AZ 83 CTRE 00000000000002108571
12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Eldəniz Orucova 14 mart 2016-cı il tarixdən 28 aprel 2016-cı il tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135, III mərtəbə, 305-ci otaq
Telefon: (99412) 404-47-82; Faks (99412) 404-47-20/21 E-mail: [email protected]
13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.
14.Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.