İflas prosesinə məruz qalmış “GəncəBank” ASC-nin kreditorlarının nəzərinə!

Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2-1(81)-1446/2016 nömrəli qərarı ilə “Gəncəbank” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azərbaijan İnternational Consulting Company” MMC-nin ləğvedici təyin edilməsi qərara alınmışdır.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc edilir.

Bununla əlaqədar “Xalq qəzeti”nin  23 fevral 2016-cı il  və “Şərq” qəzetinin 23 fevral 2016-cı il tarixli nömrələrində ilk elan dərc olunmuşdur.

Daha sonra “Şərq” qəzetinin 2 mart 2016-cı il  və “Xalq qəzeti”nin 2 mart 2016-cı il tarixli nömrələrində ikinci məlumat dərc olunmuşdur.

İflas prosesində olan “GəncəBank” ASC-nin kreditorlarının nəzərinə çatdırılır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

İstinad olunan qanunun 76.1-ci maddəsinə əsasən müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində (ilk dərcin tarixi 23 fevral 2016-cı il) ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır.

Odur ki, iflas prosesində olan “GəncəBank” ASC-yə qarşı tələbi olan fizki və hüquqi şəxslər ilk elanın dərcindən 60 təqvim günü ərzində (yəni 24 aprel 2016-cı il tarixədək) tələblərini bankın ləğvedicisi “Azərbaijan İnternational Consulting Company” MMC-yə yazılı təqdim etməlidirlər. Kreditorların sorğusu üzrə onların tələblərinin qeydə alınmasına aid qəbz verilir.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-kreditorun adı və ünvanı;

-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barədə məlumat.

Kredtiorlar ilk elanın dərcindən 60 gün ərzində tələblərinin qeydə alınması üçün bankın ləğvedicisinə müraciət etməlidirlər. Kreditorların nəzərinə çatdırılır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə əsasən məhkəmə 60 gün müddətini bütün kreditorlar üçün yalnız bir dəfə 30 gün uzada bilər. İlk elanın dərc edildiyi gündən 60 təqvim günü ərzində tələblər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən iflas prosesində olan “GəncəBank” ASC-nin ləğvedcisinə təqdim edilmədiyi halda tələblər qeydə alınmayacaqdır.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək və ya  göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlamaq olar.

Kreditorlar Gəncə şəhəri, Atatürk prospekti, 260 və ya Bakı şəhəri, Mətbuat prospekti, 18/7, 539-cu məhəllədəki (indiki M.Rahim küçəsi, 4a) ünvana müraciət edə bilərlər.

Əlaqə telefonları: (+994 (12) 539-47-22   (+994 (12) 537-11-45

Faks: (+994 12) 510-30-94

Mob: (+99450) 210-41-93

Email: [email protected]

[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında