Bakı Ali Neft Məktəbi beynəlxalq sərgidə təmsil olunub

Bakı Ali Neft Məktəbi (BANM) Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti çərçivəsində təşkil olunmuş sərgidə ayrıca stendlə təmsil olunub. Sərgidə BANM-lə yanaşı, Azərbaycanın bir sıra ali təhsil müəssisələri də iştirak ediblər.

Türkiyə, İtaliya, ABŞ, Qazaxıstan və Almaniyanın ali təhsil müəssissələrinin, o cümlədən Avropa Tələbə Xidmətləri Mərkəzi, “DAAD”, “Study in Turkey”, “Study Portal” və “Mezun” təşkilatlarının stendlərinin də nümayiş olunduğu sərgidə BANM haqqında geniş məlumatlar, nəşrlər göstərilib.

Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında