Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi işə qəbulla bağlı növbəti

MÜSABİQƏ ELAN EDİR

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üçün tədbirlər davam etdirilir.

Xatırladırıq ki, vakant ştat vahidləri Məhkəmə Ekspertizası Mərkəzində əsasən kimya, fizika, riyaziyyat, filologiya, biologiya, əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, psixologiya, ekologiya, ekologiya mühəndisliyi, inşaat mühəndisliyi, istilik energetikası mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, mərkəzin Gəncə regional bölməsində biologiya, Şəki regional bölməsində fizika, Şirvan regional bölməsində isə kimya ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.  Namizədlər müəyyən olunmuş ərizə formasını və digər sənədləri aşağıda göstərilən ünvanlarda:

– Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: 498-09-71, 493-18-52);

– Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 11, tel: (022) 65-18-96);

– Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1, tel: (070) 229-30-29);

– Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların siyahısı, müsahibənin keçirilməsi qaydaları, həmçinin qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71 və 493-18-52 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar. Həmçinin qeyd olunan sənədləri mərkəzdə və onun regional bölmələrində əldə etmək mümkündür.

Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında