Müflis elan edilməklə iflas prosesinə başlanılmış “Gəncəbank” ASC-nin kreditorlarının nəzərinə!

 

Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  15 fevral 2016-cı il tarixli 2-1(81)-1446/2016 saylı, qərarı ilə ilə “Gəncəbank” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azerbaijan İnternational Consulting Company” MMC-nin ləğvedici təyin edilməsi qərara alınmışdır.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc edilir.

Bununla əlaqədar  “Xalq qəzeti”nin  23 fevral 2016-cı il tarixli  və “Şərq” qəzetinin 23 fevral 2016-cı il tarixli nömrələrində  ilk elan dərc olunmuşdur.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

İflas prosesində olan “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının nəzərinə çatdırılır ki, istinad olunan qanunun 76.1-ci maddəsinə əsasən “müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən, yəni 23 fevral 2016-cı il tarixdən başlayaraq 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır”. Odur ki, iflas prosesində olan “Gəncə Bank” ASC-yə qarşı tələbi olan fizki və hüquqi şəxslər ilk elanın dərcindən, yəni 23 fevral 2016-cı il tarixdən başlayaraq 60 təqvim günü ərzində tələblərini bankın ləğvedcisi “Azerbaijan İnternational Consulting Company” MMC-yə yazılı təqdim etməlidirlər. Kreditorların sorğusuna onların tələblərinin qeydə alınması barədə qəbz verilir.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-kreditorun adı və ünvanı.

-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri.

-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barədə məlumat.

Kreditorlar ilk elanın dərcindən, yəni 23 fevral 2016-cı il tarixdən 60 gün ərzində tələblərinin qeydə alınması üçün bankın ləğvedicisinə müraciət etməlidirlər. Kreditorların nəzərinə çatdırılır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76.1-ci maddəsinə əsasən məhkəmə 60 gün müddətini bütün kreditorlar üçün yalnız bir dəfə 30 gün uzada bilər. İlk elanın dərc edildiyi 23 fevral 2016-cı il tarixdən etibarən 60 təqvim günü ərzində tələblərin (depozitlərlə bağlı tələblər istisna olmaqla) “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən iflas prosesində olan “GəncəBank” ASC-nin ləğvedicisinə təqdim edilməməsi tələblərin qeydə alınmasını istisna edir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən  bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlamaq olar.

Ünvan:Gəncə, Atatürk prospekti, 260 və ya Bakı şəhəri, Mətbuat prospekti, 18/7, 539-cu məhəllə (indiki M.Rahim küçəsi 4a).

Əlaqə telefonları: (+994 (12) 539-47-22

(+994 (12) 537-11-45

Faks: (+994 12) 510-30-94

Mob: (+99450) 210-41-93 

Email: [email protected]

[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında