Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası 2016-cı il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot - 1. Dənizçilik sahəsinə aid mətbəə və çap məhsullarının satınalınması.

Lot - 2. Xüsusi geyim formalarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmış, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi,analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı,Bayıl qəsəbəsi, Xanlar küçəsi 2 B nömrəli ünvandan (əlaqələndirici şəxs -Hüseynov Vaqif, tel: 497-44-05 (daxili 110) ala bilərlər.

Tenderdə iştirak üçün ödəniş tələb olunmur.

Təşkilat: Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası

AZ-1003. Bakı, Bayıl qəsəbəsi, Xanlar küçəsi 2B, tel: 497-44-05

H/h: AZ 63 CTRE 00000000000004428201

VÖEN: 1400872751

ABB Nəsimi filialı

Kod:  805614

VÖEN: 9900001881

M/h: AZ 03 NABZ O1350100000000002944

S.W.İ.F.T. İBAZAZ 2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respubliksında vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün göstərilən sənədləri və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 19 aprel 2016-cı il saat 17.00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 20 aprel 2016-cı il saat 12.00-da Dövlət Dəniz Administrasiyasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında