Tender 11 lot üzrə keçirilir:
Lot -1. Beynəlxalq turizm sərgisində iştirakın təşkili.
Lot -2. “Azərbaycanda multikulturalizm yaşam tərzidir” mövzusunda doktorant və müstəqil tədqiqatçıların respublika konfransının keçirilməsi.
Lot -3. Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş idman yarışlarının və tədbirlərin təşkili.
Lot -4. 28 may- Respublika Günü münasibətilə tədbirin təşkili.
Lot -5. Məzun gecəsinin təşkili.
Lot -6. Bilik Günü ilə əlaqədar tədbirin təşkili.
Lot -7. Dünya Turizm Günü ilə əlaqədar tədbirin təşkili.
Lot -8. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirin təşkili.
Lot -9. 18 oktyabr -Dövlət Müstəqilliyi Gününün qeyd olunması münasibətilə tədbirin təşkili.
Lot -10. “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda doktorant və müstəqil tədqiqatçıların beynəlxalq konfransının keçirilməsi.
Lot -11. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə tədbirin keçirilməsi.
Tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə (Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə) təqdim etsinlər.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ixtisas göstəricilərinə dair sənədlər.
Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır (başqa dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilinə tərcümə edilmiş surətləri əlavə edilməlidir).
İştirak haqqı lotlar üzrə aşağıdakı məbləğdə təşkil edir:
Lot -1. 120 manat, lot -2.140 manat, lot -3. 140 manat, lot -4. 70 manat, lot -5.200 manat, lot -6. 80 manat, lot -7. 90 manat, lot -8. 70 manat, lot -9. 60 manat, lot -10. 140 manat və lot -11. 130 manat.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidir:
VÖEN: 1500817681
XHK AZ 97 CTRE 00000000000002177771 (003855)
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T.: CTREAZ22
Büdcə təsnifatının kodu: 142311
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 mart 2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 aprel 2016-cı il saat 17.00-a qədər Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllədə yerləşən Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender təklifi zərfləri 6 aprel 2016-cı il saat 10.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə, AZ1072
e-mail: [email protected]
Tel / Fax: (+994 12) 564 42 33 (daxili 123); Mobil: (051) 863 36 99
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.