Azərbaycan Respublikasının Mərkəzi Bankı nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender proseduru  1 aprel 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində  iki nüsxə tender təklifi (tender təklifi 16 may 2016-cı ilədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi  məbləğində bank təminatı qarantiyası (əsas şərtlər toplusuna əlavə edilən formada və  2016 -cı il iyunun 30-dək qüvvədə olmaq şərti ilə);

 -  iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- əsas şərtlər toplusunda nəzərədə tutulan digər sənədlər.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 31 mart 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 16 mart 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab: AZ 25 NABZ 01701190000000001944

Müxbir hesab: AZ 74 NABZ 01451700000000001944

Kod: 501004

VÖEN: 9900071001

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

Xidmətin göstərilməsi müddəti:

12 (on iki) ay.

Qiymətləndirmə meyarları: qiymət amili və texniki amillər (maddi-texniki baza, əməkdaşların peşəkarlığı və korporativ müştərilərə xidmət).

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Əlaqələndirici şəxslər:  Əfqan Baxısov (hüquq departamentinin əməkdaşı); telefon: 493-11-22 (482) və Nazim Balamirzəyev (inzibati departamentin əməkdaşı); telefon: 493-11-22 (127).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında