2016-cı il fevralın 19-da Bakı şəhəri, Nərimanov rayonu, R.Qafur küçəsi, 20 nömrəli (Odlar Yurdu Universiteti ilə üzbəüz) ünvanda “FRESCO” supermarketlər şəbəkəsinin yeni mağazası müştərilərin istifadəsinə veriləcəkdir.
Öz ənənəsinə sadiq qalaraq, yeni supermarketdə müştərilərin rahat alış-verişi üçün ən yüksək dünya standartlarına uyğun şərait yaradılmışdır:
- 1000 m2 sahəsi olan ticarət zalı;
- daim təlim keçən personal;
- 20000 çeşiddə ərzaq məhsulları və məişət malları;
- peşəkar aşpazlar tərəfindən təzə bişirilmiş un mə-mulatları;
- təklif olunan malların alıcıların rahatlığı üçün ən optimal yerləşdirilməsi;
- avtomobillərin rahat parklanması;
- alıcıların hər bir şikayət və təklifinin dərhal qarşılanması;
- telefonla sifarişlərin qəbulu və çatdırılması.
Sizin rahatlığınızı düşünərək “FRESCO” komandası öz xidmət sahəsini daha da genişləndirdi. Bu yeni xidmət sayəsində siz hətta istədiyiniz məhsulları evinizə, iş yerinizə və s. pulsuz çatdırılma ilə sifariş edə bilərsiniz.
“FRESCO” supermarketlər şəbəkəsi Avstriyanın “EMSA Capital” İnvestisiya Fondunun sərmayəsi ilə yaradılmışdır və fəaliyyət göstərdiyi qısa müddətdə həm alıcıların rəğbətini qazanmış, həm də ölkə iqtisadiyyatına öz töhfəsini vermişdir. “FRESCO” Azərbaycana xarici sərmayə cəlb olunması, dünyanın müxtəlif ölkələrindən olan şirkətlər və iş adamları ilə səmərəli əlaqələr yaradılması sahəsində səylərini artırmaqdadır. Bundan əlavə, “Azeri Retail” MMC-nin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni iş yerlərinin açılması istiqamətində siyasətini dəstəkləyərək bu sahədə lazımi işlər görür. Belə ki, daha əvvəl açılan “FRESCO” supermarketlərində çalışan yüzlərlə işçi heyəti sırasına artıq yeni supermarketdə işlə təmin edilən daha 60 (altmış) nəfər əlavə olunmuşdur.
Məlumdur ki, hər bir kompaniyanın uğur əldə etməsi üçün onun güclü bir rəhbərə ehtiyacı vardır. “FRESCO” supermarketlər şəbəkəsinin (“Azəri Retail” MMC) kollektivi də öz gənc rəhbəri-şirkətin baş direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eyyubov Kamran Yusif oğlu ilə uğura doğru düşünülmüş addımlarla irəliləyir. Belə ki, şirkətin rəhbəri İngiltərədə elit təhsil almış və bir çox mühüm elmi biliklərə yiyələnmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafı, məşğulluq, işsizlik problemləri və iqtisadi, siyasi modellər gənc və təcrübəli rəhbərin əsas tədqiqat sahəsidir. Menecerlik potensialı, qanunvericilik, iqtisadiyyat və idarəetmə sahəsindəki yüksək bilikləri rəhbərin düzgün və səmərəli qərarlar qəbul etməsinə imkan verir.
Dr. Eyyubov Kamran Yusif oğlunun fəaliyyəti dövründə “Azeri Retail” MMC daha da güclənmiş, öz xidmət sahələrinin sayını daha da artırmış, yeniliklərə və daha bir çox uğurlara imza ataraq Azərbaycan Respublikasında “FRESCO” brendini bir marka olaraq tanıtmışdır.
“FRESCO” supermarketlərində alış-veriş edən alıcıların əldə etdikləri üstünlüklər:
- ölkəmizdə və xaricdə istehsal olunmuş təzə və keyfiyyətli ərzaq məhsulları almaq imkanı;
“FRESCO” supermarketlər şəbəkəsinin həm xarici, həm də yerli tədarükçülərlə işləməsi alıcılara ənənəvi və eksklüziv məhsullar almaq seçimi verir;
- alıcıların bütün kateqoriyalarının zövqünə uyğun bol çeşid;
- siz “FRESCO” supermarketin piştaxtalarında hər zaman yenilənən və ən tələbkar alıcının belə tələbini ödəyəcək bol çeşiddə məhsulları görə bilərsiniz;
- sabit və aşağı qiymətlər;
- müştərilərin məmnuniyyəti üçün “FRESCO” super-marketlərində məhsullar daim sabit və aşağı qiymətlə onlara təqdim olunur;
- istədiyi malları tez və rahat tapmaq imkanı;
- marketin düzgün formada şöbələrə bölünməsi sizə istədiyiniz məhsulu asanlıqla əldə etməyə kömək edəcəkdir. Yəni axtarışa vaxt itirməyib, nəzərdə tutduğunuz malı tez zamanda əldə edəcəksiniz;
- dünya standartlarına cavab verən yüksək xidmət mədəniyyəti;
- “FRESCO” adlı brendin daha da təkmilləşdirilməsi istiqamətinda peşəkar komanda durmadan çalışır. Ən öndə olan məqsəd isə hər bir Azərbaycan istehlakçısına yüksək xidmət nümayiş etdirməkdir. Bununla bərabər müştəri məmnuniyyəti də bu komandanın ən mühüm şüarıdır;
- bütün bunlarla yanaşı, “FRESCO” supermarketləri alıcılara çox sərfəli bonus kartı təklif edir. Bu kart sayəsində siz alış-verişinizi daha qazanclı hala gətirəcək və bonuslar qazanaraq xüsusi təkliflərdən yararlanmaq şansı əldə edəcəksiniz;
- bu kartda bonuslar toplamaq üçün məbləğə və vaxta heç bir məhdudiyyət qoyulmur. Yəni siz ödədiyiniz məbləğdən asılı olmayaraq, kartı ilk əldə etdiyiniz andan istifadə edə bilərsiniz;
- kart sahibləri bonuslar sayəsində bir-birindən fərqli hədiyyələrin sahibi olacaq, eyni zamanda endirimlər əldə edəcək və mütəmadi olaraq keçirilən kampaniyalardan xəbərdar olacaqlar.
HÖRMƏTLİ ALICILAR !
“FRESCO” supermarketləri sizə həm PULUNUZA, həm də dəyəri heç nə ilə ölçülə bilməyən VAXTINIZA QƏNAƏT ETMƏK imkanı verir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.