İflas prosesinə məruz qalmış “Yunayted Kredit Bank” ASC kreditorlarının nəzərinə!

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  9 fevral 2016-cı il tarixli 2-1(81)-1494/2016 saylı qərarı ilə “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azərbaijan İnternational Legal Company” MMC-nin ləğvedici təyin edilməsi qərara alınmışdır.

“Banklar haqqında” Azərbaycan Respublikası qanunun 69-cu maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc etdirir.

Həmin qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

İstinad olunan qanunun 76.1-ci maddəsinə əsasən “müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır”. Odur ki, iflas prosesində olan “Yunayted Kredit Bank” ASC-yə qarşı tələbi olan fizki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini bankın ləğvedcisi “Azerbaijan İnternational Legal Company” MMC-yə yazılı təqdim etməlidirlər. Kreditorların sorğusu üzrə onların tələblərinin qeydə alınmasına aid qəbz verilir.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barədə məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində tələblərinin qeydə alınması üçün bankın ləğvedicisinə müraciət etməlidirlər. Kreditorların nəzərinə çatdırılır ki, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 76.1-ci maddəsinə əsasən məhkəmə 60 gün müddətini bütün kreditorlar üçün yalnız bir dəfə 30 gün uzada bilər. Bu elanın dərc edildiyi gündən 60 təqvim günü ərzində tələblərinizi (depozitlərlə bağlı tələblər istisna olmaqla) “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən iflas prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedcisinə təqdim etmədiyiniz  halda tələblər qeydə alınmayacaqdır.

“Banklar haqqında” Azərbaycan Respublikası qanununun 77.1-ci maddəsinə əsasən  bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Bakı, N.Rəfiyev küçəsi, 49.

Əlaqə telefonu:+994 (12) 490 06 41

Email: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında