Tərtər Rayon Mərkəzi Xəstəxanası 2016-cı ildə rayonun səhiyyə müəssisələrinə tələb olunan ərzaq məhsullarının, inventarların satınalınması ilə əlaqədar

TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Ərzaq məhsullarının satınalınması.

Lot-2. İnventarların satınalınması .

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlarla üstünlük  veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi , maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tərtər şəhəri, R.Mürsəlov küçəsi, 18 nömrəli ünvandan ( əlaqələndirici şəxs : Abdullayev Qərib Əli  oğlu telefon (02223- 6-12-43) ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 150  ( bir yüz əlli ) manatdır.

Təşkilat Tərtər YXO

Tərtər Rayon Mərkəzi Xəstəxanası XNK № 02046

Hesab :AZ 63 AIIB 32051019444500201145

VÖEN: 7200062591

Bank: “Kapital Bank”-ın  Tərtər filialı

Kod: 200457

VÖEN : 9900003611

Müxbir hesab : AZ 37 NABZ01350100000000001944         

SWİFT BİK AİİBAZ  2X

İştirak haqqı heç bir halda qeyri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi  ( zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 2 faiz həcimində bank təminatı  ( zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti:

- iddiaçının  son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu , nizamnaməsi, qeydiyyatından keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə ( əsli və surəti ) tərtib olunmalıdır.( xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “ Dövlət satınalmaları haqqında”  qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri ( tender təklifi və bank zəmanəti istisna olmaqla ) 3  mart   2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 mart   2016-cı il  saat 15.00-a qədər Tərtər Rayon Mərkəzi Xəstəxanasına (ünvan:Tərtər rayonu, R.Mürsəlov küçəsi, 18 ) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 mart 2016-cı il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tender  komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında