Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) inzibati binasının daşınmaz əmlakının icbari və daşınar əmlakın könüllü sığortalanması xidmətlərinin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF-in Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 111 “A” nömrəli ünvanda yerləşən 22 mərtəbəli inzibati binasının (+2 səviyyəli texniki mərtəbə, 1-ci mərtəbəsi 2 səviyyəli, 2 səviyyəli zirzəmi mərtəbəsində yeraltı avtodayanacaq) və  ərazisində olan  texniki tikililərin (qazanxana, su anbarı, istilik və soyutma sistemləri, elektrik yarımstansiyası və s.) icbari əmlak sığortası, oradakı daşınar əmlakın könüllü sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını əhatə edir.  Tender prosedurları 4 mart 2016-cı il, yerli vaxtla saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, H.Əliyev prospekti 111 “A” nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

· tenderdə iştirak etmək üçün ərizə;

· podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

· podratçının ixtisas göstəricilərinə dair məlumat;

· tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

· podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər  25 fevral 2016-cı il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 3 mart 2016-cı il yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, H.Əliyev prospekti 111 “A”, nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün sığorta işi sahəsində təcrübə, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa (əlaqələndirici şəxs Gülnar Məşədiyeva) göndərilə bilər.

Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 1007)

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında