Elan

Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatoru kimi bp şirkəti elan edir ki, layihə üzrə iş öhdəliyinin bir hissəsi olaraq Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanmışdır və tanış olmaq, həmçinin rəy və təkilfləri bildirmək məqsədilə həmin sənəd ictimaiyyətə təqdim olunur.

Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunur.

ƏMSSTQ sənədi və ona əlavə olunmuş qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanmışdır.

Bu sənədlərin nüsxələri 15 yanvar tarixindən etibarən ictimaiyyətin tanış olması üçün Bakı şəhərində aşağıdakı ünvanlarda yerləşdiriləcək:

M.F. Axundov adına Mərkəzi Dövlət Kitabxanası, Xaqani küçəsi, 29.

Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası, Hüseyn Cavid prospekti, 31.

Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küçəsi, 100.

Respublika Ekoloji Maarifləndirmə və Təhsil Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Nizami parkı, 45-47.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti, 20.

bp Azərbaycanın Xəzər Mərkəzindəki ofisi, Port Baku, Neftçilər prospekti 153.

Sənədlərin nüsxələri həmçinin göstərilən tarixdən etibarən aşağıdakı

Bakıətrafı ərazilərdə də yerləşdiriləcək:

Bibiheybət qəsəbəsi, 50 saylı orta məktəb, Məktəbli küçəsi, 20.

Hövsan qəsəbəsi, Mədəniyyət evi, Məktəbli küçəsi, 35.

Türkan qəsəbəsi, Mədəniyyət evi, Xanlar küçəsi, 1.

Zirə qəsəbəsi, Mədəniyyət evi, Cəlal Əliyev küçəsi.

bp sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəy və təkliflər verməyə dəvət edir. Bunun üçün sizdən www.bp.com/xezer veb-saytımıza daxil olmaq və ya [email protected]  elektron-poçt ünvanına məktub göndərmək və yaxud sənədlərlə birgə təqdim olunan rəy formasını doldurmaqla öz təkliflərinizi bildirmək xahiş olunur. Doldurulmuş formaları lütfən aşağıdakı ünvana göndərin:

AZ 1010, Bakı, Neftçilər prospekti 153,

bp-nin Xəzər Mərkəzi ofisi, Əlaqələr və Xarici İşlər şöbəsi

Rəy və təkliflərinizi 2016-cı ilin fevral ayının sonuna qədər təqdim etməyiniz xahiş olunur. Əsaslı təkliflər diqqətlə nəzərdən keçiriləcək və mümkün olduğu qədər nəzərə alınacaq.

Əlavə məlumat üçün bp Azərbaycan şirkətində Səadət Qafarovaya müraciət edə bilərsiniz.

Telefon (+994 12) 599 4329


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında