Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2016-cı il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender  4 (dörd) lot  üzrə  keçirilir.

Lot- 1.Yolların  əsaslı  təmiri.

Lot- 2. Şəhərin abadlaşdırılması.

Lot- 3. Mənzil  fondunun  əsaslı  təmiri.

Lot- 4. Məktəbəqədər uşaq müəssisələri üçün ərzaq məhsullarının satınalınması.

Tender  iştirakçılarına təklif edilir ki, öz tender  təkliflərini  möhürlənmiş, imzalanmış, ikiqat  zərflərdə  yazılı  surətdə  təqdim  etsinlər.

Müqaviləni  yerinə   yetirmək  üçün   tender   iştirakçıları  yüksək   kadr  potensialına, lazımi  maliyyə  və  texniki   imkanlara  malik   olmalıdırlar.

Tenderdə  iştirak etmək  istəyənlər lot-I üçün  150  manat , lot-2 üçün 120 manat, lot-3 üçün  80  manat,  lot-4 üçün isə 100 manat  məbləğində iştirak   haqqını  aşağıda göstərilən  hesaba köçürdükdən sonra  Azərbaycan  dilində  tərtib  olunmuş  əsas şərtlər  toplusunu  Siyəzən  şəhəri, Babək  küçəsi, 52 nömrəli  ünvandan  ala bilərlər. Əlaqələndirici  şəxs:  Əliyev  Elxan  Yaqub oğlu, tel: (023) 304-01-23

Təşkilat: Siyəzən  RİHB-in  Siyəzən  Şəhər  İƏD  üzrə  nümayəndəliyi.

Adı: Siyəzən  YXO

Hesab:  AZ 39 AIIB32051019445500201155

VOEN:  7100009511

BANK: “Kapital Bank”ın Siyəzən  rayon  filialı

KOD: 200554

VOEN: 9900003611

M/H: AZ 37 NABZ01350100000000001944

S.W.İ.F.T. BİK   AIIBAZ  2X

İştirak  haqqı  heç bir halda geri  qaytarılmır.

Tenderdə iştirak  etmək  üçün  iddiaçılar  aşağıdakı  sənədləri  təqdim  etməlidirlər:

- tenderdə iştirak etmək  üçün yazılı  müraciət;

- tenderdə  iştirak haqqının  ödənilməsi barədə  bank sənədi;

- tender  təklifi (zərflər açıldığı tarixdən  ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi  dəyərinin 1 faizi həcmində bank  təminatı (zərflərin açıldığı  tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan     Respublikasında büdcə, bank ,sosial  sığorta  və  vergi   öhdəliklərinin olmaması   haqqında   arayış;

- iddiaçının  son bir ildəki fəaliyyəti  haqqında  vergi  orqanları  tərəfindən təsdiq olunmuş  maliyyə hesabatının  surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-  iddiaçının  tam adı, hüquqi  statusu, nizamnaməsi, qeydiyyatdan  keçdiyi   ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan  dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “ Dövlət  satınalmaları  haqqında” Qanuna  uyğun  keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti  istisna olmaqla) 8 fevral  2016-cı il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini  isə  möhürlənmiş, ikiqat  zərfdə 16 fevral 2016-cı il saat 18.00-a  qədər  Siyəzən  RİHB-in  Siyəzən  Şəhər   İƏD üzrə nümayəndəliyinə (ünvan: Siyəzən şəhəri, Babək küçəsi, 52)  təqdim  etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş  zərflər açılmadan  geri  qaytarılacaqdır.

İddiaçıların  təklifləri 17 fevral  2016-cı il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların  səlahiyyətli nümayəndələri  iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında