Qax Rayon Mərkəzi Xəstəxanası 2016-cı ildə ərzaq məhsullarının satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Ərzaq məhsullarının satınalınması.

Tenderdə iştirak haqqı 60 manatdır.

Tender iştirakçılarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa" müvafiq olaraq öz tender təkliflərini möhürlənmiş və imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək təklif olunur.

Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərin görülməsində təcrübə, maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, 9 Aprel küçəsi, 8 nömrəli  ünvandan ala bilərlər (əlaqələndirici şəxs: Əlibəyov Kamran, telefon: 024-25-5-25-76.

Təşkilat: Qax Rayon Mərkəzi    Xəstəxanası

Qax YXO

Hesab: AZ 20 AİİB 32051019447100201171

VÖEN: 4300088051

Bank: “Kapital Bank” ASC-nin Qax filialı

Kod: 200714

VÖEN: 9900003611

Müxbir hesab: AZ37 NABZ 01350100000000001944

SWİFT BİK AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 fevral  2016-cı il saat 15.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 fevral  2016-cı il saat 17.00-dək Qax şəhəri, 9 Aprel küçəsi, 8 nömrəli  ünvanda yerləşən Qax Rayon Mərkəzi Xəstəxanasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19 fevral 2016-cı il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında