Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyicilərinin N Ə Z Ə R İ N Ə!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinə əsasən, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilmiş və 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcəkdir.

Qaydaların 3.2-ci bəndinə əsasən, markalanmalı olan malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların alışı və satışı “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın tələblərinə uyğun olaraq aşağıdakı hallarda həyata keçirilməlidir:

- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;

- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə olunmasını təsdiq edən sənədlər mövcud olduqda;

- həmin malların təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olunmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.

Yuxarıda göstərilən tələblərdən hər hansı birini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallar üzrə məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün yüz manat cərimə nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsində isə göstərilir ki, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 1 yanvar 2016-ci il tarixdən istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qanunun tələblərinə görə, markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədilə alan fiziki şəxslər istisna olunmaqla) şəxslər həmin malların əldə olunmasını təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Qeyd edilənlərlə bağlı satış (iaşə) obyektlərində hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alınacaq aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılmasının və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur.

Əks təqdirdə, inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz və bu halda məsuliyyət öz üzərinizdə qalacaqdır.

Yaranmış suallarla bağlı Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASININ
VERGİLƏR NAZİRLİYİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında