Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2016-cı ildə şəhərdə görüləcək işlərin satınalınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  aşağıda göstərilən lotlar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər.İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Lot-1. Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.

Lot-2. Şəhər ərazisində abadlıq və quruculuq işlərinin satınalınması.

Lot-3. Şəhərin küçə, prospekt və yolların əsaslı təmiri işlərinin satınalınması.

İşlərin yerinə yetirilməsi 2016-cı ilin sonunadək nəzərdə tutulur.

Tender Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun keçiriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər lot-1 üçün 100 manat, lot-2 üçün 150 manat və  lot-3 üçün  isə 200 manat məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilən ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat: Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

VÖEN: 2300336431

H/h AZ 43 AZPO 90205461200420100001

“Azər Poçt ” MMC Gəncə Regional Poçt

Kod: 690205

VÖEN: 9900037711

M/h: AZ76NABZO1350100000000094944

S.W.İ.F.Bik: AZPOAZ22

Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.

Tenderdə iştirak etmək istəyənlər  21 yanvar 2016-cı il saat 17.00 -dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi:

- iddiaçının tam adı, hüquqi statusu,qeydiyyat şəhadətnaməsinin surəti (təsdiq olunmuş) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından arayış:

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı:

-müəssisənin balansının (forma 1,2) vergi orqanı tərəfindən təsdiq olunmuş surətləri:

-analoji işlərin yerinə yetirilməsinə dair iddiaçıların potensial imkanları haqqında məlumat (texniki baza,avadanlıq, işçi qüvvəsi və s.)

Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək. Tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar lotlar üzrə tender təkliflərini 28 yanvar 2016-cı il saat 18.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru 29 yanvar 2016-cı il saat 15.00-da Gəncə Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində (Mir Cəlal Paşayev küçəsi, 57) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: İ.Daşdəmirov, telefon: 253 70 82

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında