İlkin Tarix: 30 avqust, 2010-cu il
İkinci dərc olunma tarixi: 8 oktyabr 2010-cu il
Üçüncü dərc olunma tarixi: 27 oktyabr 2010-cu il
{nl}
Borc No: 2354 AZE- Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1:
Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsi
Müqavilənin nömrəsi və adı: 02/2010/2354 AZE Masallı-Astara avtomobil yolu, hissə B
03/2010/2354 AZE Masallı-Astara avtomobil yolu, hissə C
Təkliflərin təqdim edilməsinin son tarixi: İlkin 22 oktyabr 2010-cu il saat 17:00
Yeni tarix: 10 noyabr 2010-cu il saat 17:00
{nl}
. Azərbaycan Hökuməti Masallı-Astara avtomobil yolu layihəsinin daxil edildiyi Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsinin həyata keçirilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc alaraq həmin vəsaitin bir hissəsini bu layihə çərçivəsində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. Tender AİB-in məqbul hesab etdiyi ölkələrdən olan iddiaçılar üçün açıqdır.
. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ("Sifarişçi") aşağıdakı iki lot üzrə nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları Beynəlxalq Rəqabətli Tender (BRT) çərçivəsində tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir.
Masallı-Astara avtomobil yolunun B hissəsinin (22.15 km - 45.0 km) tikintisi. Podrat işlərinə yeni yol oxu üzrə 22.85 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolu, müxtəlif səviyyəli iki yol kəsişməsi, on bir körpü, drenaj qurğuları (düzbucaqlı və dairəvi suötürücü borular daxil olmaqla), iki piyada keçidi, dörd istirahət zonasının tikintisi və kommunikasiya xətlərinin köçürülməsi işləri daxildir.
Masallı-Astara avtomobil yolunun C hissəsinin (45.0 km - 61.4 km) tikintisi. Podrat işlərinə yeni yol oxu üzrə 16.4 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolu, müxtəlif səviyyəli iki yol kəsişməsi, yeddi körpü, drenaj qurğuları (düzbucaqlı və dairəvi suötürücü borular daxil olmaqla), iki piyada keçidi, bir yol ötürücüsü və kommunikasiya xətlərinin köçürülməsi işləri daxildir.
{nl}
. İddiaçılar ya hissə B və ya hissə C və yaxud hissə B və hissə C üzrə təkliflərini o şərtlə təqdim edə bilərlər ki, müvafiq ixtisas meyarlarına cavab versin, bir və ya hər iki müqaviləni qənaətbəxş səviyyədə yerinə yetirə bilsin.
{nl}
. İddiaçılar üçün nəzərdə tutulan ixtisas meyarlarına aşağıdakılar daxildir:
{nl}
i.Son 3 il üzrə B hissəsi üçün 100 milyon ABŞ dolları, C hissəsi üçün 75 milyon ABŞ dolları, B və C hissələri üçün isə 175 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;
ii.B hissəsi üçün 24 milyon ABŞ dolları, C hissəsi üçün 16 milyon ABŞ dolları, B və C hissələri üçün isə 40 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri qismində maliyyə resurslarına malik olmaq.
iii.Nəzərdə tutulan işlərə oxşar olaraq B hissəsi üçün hər birinin dəyəri minimum 90 milyon ABŞ dolları, C hissəsi üçün 60 milyon ABŞ dolları, B və C hissələri üçün isə 150 milyon ABŞ dolları olan son beş ildə ən azı üç müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak.
iv.Son beş ildə təcrübə: a)B hissəsi üzrə illik ən azı 1,400,000 m3, C hissəsi üzrə 1,000,000 m3, B və C hissələri üzrə isə 2,400,000 m3 üzrə torpaq yatağının tikintisi,
b)B hissəsi üzrə illik ən azı 8,000 m2, C hissəsi üzrə 5,000 m2, B və C hissələri üzrə isə 13,000 m2 körpü döşəməsi ərazisi ilə yanaşı çox aşırımlı körpünün tikintisi,
c)B hissəsi üzrə illik ən azı 150,000 m3, C hissəsi üzrə 100,000 m3, B və C hissələri üzrə isə 250,000 m3 dənəvər yol geyimi materialının qoyulması,
{nl}
d)B hissəsi üzrə illik ən azı 100,000 m3, C hissəsi üzrə 70,000 m3, B və C hissələri üzrə isə 170,000 m3 asfaltın qoyulması.
. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək istəyən iddiaçılar aşağıda qeyd olunan ünvana müraciət edə bilərlər:
{nl}
Cənab Cavid Qurbanov - Sədr
Əlaqə saxlanılan şəxs: Cənab Adil Qocayev
Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 72/4
Telefon: 994 12 493 00 45
Faks: 994 12 493 46 65
Email: [email protected]
{nl}
. Maraqlanan iddiaçılar B və C hissələri üzrə tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 300 AZN (üç yüz) və ya bu məbləğə ekvivalent olan ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC- nin xəzinəsinə köçürməklə və ya nağd ödəməklə əldə edə bilərlər. Bank Hesabı aşağıda göstərildiyi kimidir:
{nl}
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat Filialı
SWIFT: IBAZAZ2X
Hesab Nömrəsi : 33306019449345490205 AZN
33316018409345490205 USD
İD Kodu : 9900013141
{nl}
. Tender sənədləri 10 noyabr 2010-cu il saat 17:00-dək yuxarıda göstərilən ünvana B hissəsi üzrə 2.4 milyon AZN, C hissəsi üzrə 1.5 milyon AZN və ya bu məbləğə ekvivalent olan sərbəst köçürülə bilən valyutada tender zəmanəti ilə birgə təqdim olunmalıdır.
Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan son tarixdə açılacaqdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.