Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 2016-cı ildə tibb müəssisələri üçün ərzaq mallarının satınalınması ilə əlaqədar

A Ç I Q   T E N D E R    E L A N   E D İ R

 

Tender iştirakçılarına təklif olunur ki,"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda qeyd olunan lot üzrə öz yazılı tender təkliflərini imzalanmış və möhürlənmiş şəkildə ikiqat  zərflərdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübəsi, müqavilənin vaxtında yerinə yetirilməsi və maliyyə vəziyyəti.

 Tender qruplaşdırılmış halda Lotlar üzrə keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər hər bir lot  üçün 20 (iyirmi) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. 

Əlaqələndirici  şəxs - iqtisadçı  Gülnar Süleymanova,  telefon: (018) 65 51531

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005 (7y)

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T  CTREAZ22

Təşkilat:  Sumqayıt  Şəhər Səhiyyə Şöbəsi

Hesab: № AZ 82 CTRE 00000000000002126631

VÖEN: 2900381351

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank  arayışı;

-iddiaçının tam  adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər (tender təklifi, bank zəmanəti  və iş qrafiki istisna olmaqla)  17 dekabr 2015-ci il tarixə qədər,  tender təklifi və bank zəmanəti isə möhürlənmiş  ikiqat zərfdə  24 dekabr 2015-ci il  saat  12.00-a qədər Sumqayıt şəhəri, Heydər Əliyev  prospekti, 7 nömrəli ünvanda yerləşən Sumqayıt Şəhər Səhiyyə  Şöbəsinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 25 dekabr 2015-ci il saat 15.00-da  Sumqayıt şəhəri, Heydər Əliyev  prospekti, 7 nömrəli ünvanda yerləşən Sumqayıt Şəhər Səhiyyə  Şöbəsinin iclas  zalında açılacaqdır.

İddiaçıların  səlahiyyətli nümayəndələri iclasda iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında