Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri general M. Əsədov adına orta ümumtəhsil internat məktəbi 2016-cı ildə ərzaq məhsullarının satınalınması üçün

AÇIQ  TENDER  ELAN  EDİR

Tender  iştirakçılarına  təklif  edilir  ki,  tender  təkliflərini  möhürlənmiş, imzalanmış  şəkildə  ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçiları  lazımi  texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tətbiq olunmuş əsas şərtlər toplusunu Sumqayıt  şəhəri, 9- cu mikrorayon,  M.Əsədov adına tam orta ümumtəhsil internat məktəbindən (əlaqələndirici şəxs - L.Ə. Babayeva, telefon:

(018) 644-56-98; (050) 498-16-12) ala bilərlər.

İştirak haqqı -

Lot-1 - 100 manat - kənd təsərrüfatı məhsulları

Lot-2 -  50 manat - çörək, un və un məmulatları, ərzaq məhsulları

General M.Əsədov adına internat məktəbi

H/hesabı AZ 26 CTRE00000000000002166633 (003506)

VÖEN - 2900694151

Kod-142340 ; fond-7Y

Bank : “Kapital Bank”ın 1saylı Sumqayıt filialı

VÖEN- 9900003611

Kod -  200253

M/ hesab-AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK AİİBAZ2X

Tenderdə  iştirak  haqqı  heç  bir  halda  geri  qaytarılmır. İştirakçılar  tenderdə  iştirak  etmək  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştiak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi ( zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

– digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “ Dövlət  satınalmaları  haqqında” Qanuna  uyğun  keçiriləcəkdir.  İddiaçılar tenderdə  iştirak  etmək  üçün  yuxarıda  göstərilən  sənədləri  (tender təklifi və bank  zəmanəti istisna olmaqla) 10 dekabr 2015-ci il saat 17.00-a qədər, tender təklifi və bank  zəmanətini isə  möhürlənmiş ikiqat zərfdə 17 dekabr 2015-ci il saat 17.00-a qədər (ünvan:  Sumqayıt  şəhəri, 9- cu mikrorayon, M. Əsədov  adına internat məktəbi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec  təqdim  olunmuş zərflər  açılmadan  geri  qaytarılacaqdır. İddiaçıların təklifləri 18 dekabr  2015-ci il saat  11.00- da yuxarıda  göstərilən  ünvanda  açılacaqdır. 

İddiaçıların  səlahiyyətli nümayəndələri  iştirak  edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında