Sumqayıt Şəhər İcra Hakimiyyəti 2016-cı ildə uşaq bağçalarına ərzaq mallarının satınalınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda qeyd olunan lot üzrə öz yazılı tender təkliflərini imzalanmış və möhürlənmiş şəkildə ikiqat  zərfdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübəsi, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti.

Tender qruplaşdırılmış lotlar üzrə keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 30 (otuz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Əlaqələndirici şəxslər - Ağayeva  Zöhrə Gəray qızı, telefon: (018) 65 53116, Əhmədov Rəhimdil Qılınc oğlu, telefon: (018) 65 51448.

Dövlət Xəzinədarlığı Agentliyi Kod: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ41NABZ01360100000000003944 S.W.İ.F.T  CTREAZ22 Təşkilat:  Sumqayıt  Şəhər İcra Hakimiyyəti Hesab № 2516631 VÖEN: 2900054881

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

– tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank  arayışı;

– iddiaçının tam  adı, hüqüqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri;

– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

– iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər (tender təklifi, bank zəmanəti  və iş qrafiki istisna olmaqla)  14 dekabr 2015-ci il tarixə qədər,  tender təklifi və bank zəmanəti isə möhürlənmiş  ikiqat zərfdə  21 dekabr 2015-ci il  saat  17.00-a qədər Sumqayıt şəhəri, Azərbaycan prospekti, 9 nömrəli  ünvanda yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22 dekabr 2015-ci il saat 15.00-da Sumqayıt şəhəri, Azərbaycan prospekti, 9 nömrəli ünvanda yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin iclas  zalında açılacaqdır.

İddiaçıların  səlahiyyətli nümayəndələri iclasda iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında