Layihənin adı: Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi layihəsi
Ölkə: Azərbaycan
Biznes sektoru: Nəqliyyat
Layihə No: 43094
Maliyyə mənbəyi: AYİB
Müqavilənin növü: Məsləhət xidmətləri
Bildirişin növü: Maraqların ifadə olunması sorğusu
Verilmə tarixi: 2 noyabr 2015-ci il
Bitmə tarixi: 30 noyabr 2015-ci il
Bu layihə üzrə maraqların ifadə olunması sorğusu ilk dəfə 22 sentyabr 2011-ci ildə dərc olunmuş, 28 sentyabr 2013 və 23 may 2014-cü illərdə Bankın internet saytında və sonuncu dəfə isə 7349-GPN-43094 saylı istinad nömrəsi ilə 22 may 2015-ci il tarixdə yenilənmiş ümumi satınalma bildirişinə uyğundur.
Azərbaycan Respublikasının (sifarişçi) Hökuməti avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi layihəsinin icrası məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankından (Bank) borc almış və həmin borcun bir hissəsini “Bəhrəmtəpə - Biləsuvar və M3 Əliabad - Şorsulu avtomobil yollarının yenidənqurulması layihəsi çərçivəsində tikintiyə texniki nəzarət üzrə məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir.
Layihənin icrası nəqliyyat nazirliyinin “Azəryolservis” ASC tərəfindən həyata keçiriləcəkdir. Layihə AYİB və Azərbaycan Hökumətinin birgə maliyyələşməsi ilə icra ediləcəkdir.
Məsləhət xidmətləri (xidmətlər) podrat müqaviləsinə texniki nəzarəti əhatə edir. Məsləhətçi podrat işləri üzrə müqavilələrin icrasına nəzarət edəcək, tikinti və qüsurların aradan qaldırılması müddətində mühəndisin vəzifələrini icra edəcəkdir.
“Azəryolservis” ASC məsləhət xidmətləri üzrə müqavilə çərçivəsində sifarişçi, podrat işləri üzrə müqavilələr çərçivəsində isə işverən sözü ilə ifadə olunacaqdır.
Məsləhətçi üçün tapşırığın əsas vəzifəsi Bank tərəfindən maliyyələşdirilən podrat işləri üzrə müqavilələrin (bundan sonra müqavilə adlandırılacaq) idarə edilməsində sifarişçiyə kömək göstərilməsi və podrat işləri üzrə müqavilələrin icrası ilə bağlı mühəndisin vəzifələrini yerinə yetirməkdir.
Tələb olunan məsləhət xidmətlərinə aşağıdakılar daxildir:
yüksək keyfiyyətli tikintiyə nail olunması və işlərin layihə, spesifikasiya və podrat müqaviləsi ilə bağlı digər sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi;
podrat işlərinin vaxtında başa çatdırılması;
ətraf mühitə təsirlərin azaldılması üzrə planların idarə edilməsi daxil olmaqla, təhlükəsizliklə bağlı tələblərin yerinə yetirilməsi;
xarici və yerli firmalardan ibarət birgə müəssisələr yaratmaq və ya yerli işçi heyətin cəlb edilməsilə biliklərin ötürülməsinə imkan yaradılması .
Məsləhət xidmətlərinin 2016-cı ilin mayında başlanılması gözlənilir.
Müqavilə bankdan alınmış borc sazişində nəzərdə tutulan vəsaitdən maliyyələşəcək və istənilən ölkədən olan şirkətlər və birgə müəssisələrin iştirakı üçün açıq elan olunur. Həmin ödəniş və ya idxal prosesi Birləşmiş Millətlər Təşkilatının VII Qətnaməsindən götürülmüş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və ya alıcının/sifarişçinin ölkəsinin rəsmi qanunvericiliyinə müvafiq qadağan olunduğu halda bankın borc sazişində nəzərdə tutulan vəsaitdən fiziki və ya hüququ şəxslərə ödənişlərin aparılması və malların idxalı məqsədilə istifadə edilməyəcəkdir.
Maraq göstərən firmalar maraqların ifadə edilməsi sənədlərini təqdim etmək üçün dəvət olunurlar. Dəvət məktubundan sonra qısa siyahıya düşən ixtisaslaşmış firmalara təkliflərini təqdim etmək üçün rəsmi məktub göndəriləcəkdir. Qısa siyahıya düşəcək məsləhətçi firmaların bacarıq və təcrübələrini müəyyənləşdirmək üçün təqdim edilən məlumatlara aşağıdakılar daxil edilməlidir:
müraciət məktubu;
şirkətin profili: adı, statusu, ünvanı, telefon və faks nömrəsi, yaranma tarixi, layihə üzrə əlaqələndirici şəxs və həmin şəxsin e-poçtu, daimi və yarımştat işçi heyətin sayı, ixtisas sahələri;
müqavilənin dəyəri və əhatə etdiyi ərazilər, müqaviləyə cəlb edilən işçi heyətin sayı, sifarişçinin adı, müqavilənin icrası üçün iştirakçıların adı, maliyyə mənbəyi, yerinə yetirilən xidmətlərin növü, müqavilənin başlanma və tamamlanma tarixi və müqaviləyə dair qısa məlumat daxil olmaqla son 10 il müddətində yerinə yetirilən oxşar layihələrə dair məlumat
tapşırıq çərçivəsində fəaliyyət göstərəcək əsas işçi heyətin tərcümeyi-halı (maksimum 2 səhifə)
Yuxarıda qeyd edilən məlumatlar 25 səhifədən çox olmamalıdır (tərcümeyi-hallar istisna olunmaqla)
Seçim prosesi bankın satınalmalar üzrə siyasəti və qaydalarının 5-ci hissəsində qeyd olunan məsləhətçi xidmətlərin satınalınması (2014-cü ilin oktyabr ayında dəyişiklik edilmiş) müddəalarına uyğun olaraq həyata keçiriləcəkdir.
İxtisas göstəricilərini artırmaq üçün məsləhətçilər birgə müəssisə və ya subməsləhətçi ilə əlaqə yarada bilərlər.
Maraqların ifadəsi 2015-ci il noyabrın-30-dan (yerli vaxtla saat 17.00) gec olmayaraq yazılı şəkildə aşağıdakı ünvana (şəxsən və ya elektron poçtla) çatdırılmalıdır.
Maraqlanan məsləhətçilər əlavə məlumatları yerli vaxtla saat 10.00-dan 17.00-a qədər aşağıdakı ünvandan əldə edilə bilərlər.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC,
4 saylı LİQ
Kamran Əzizov, 4 saylı LİQ-in direktoru,
Azərbaycan, Bakı, AZ1117. Binəqədi rayonu,
Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə
Tel: (+994-12) 5997955
Fax: (+994-12) 4997906
e-poçt: [email protected] ailto:[email protected]
nüsxəsi: [email protected] ailto:[email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.